Ceyhun Cəfərov Kürdəmirdə «subsidiya xəracı» yığır | SON XƏBƏR | SON XƏBƏR

Ceyhun Cəfərov Kürdəmirdə «subsidiya xəracı» yığır

SONY DSCKürdəmirin yeni icra başçısı bələdiyyə sədrlərindən və icra nümayəndələrindən mənimsənilən subsidiya yardımlarının yarısını tələb edib

 
Ceyhun Cəfərovun icra nüamyəndələrini və bələdiyyə sədrlərini Heydər Əsədovla qorxuzduğu iddia olunur.
Kürdəmirdən PİA.AZ daxil olan məlumata görə apreil 16-da rayona təyin olunmuş icra başçısı Ceyhun Cəfərov 20 yaxın kənd icra nümayəndələrinin hər birindən 5 min manat tələb edib.  İcra başçısı həmçinin 23 bələdiyyə sədrindən və icra nümyəndəsindən balanslarında olan bəzi torpaq sahələrini saxta sənədlər əsasında subsidiya yardımına yazdırılması maxiansiyasından əldə etdikləri “qazanc”larının yarısını tələb edib.
Daxil olan məlumatda göstərilir ki, Kürdəmirin icra başçısı  bələdiyyə sədrlərinə və icra nümayəndələrinə bildirib ki, əgər tələb olunan məbləği verməsələr, o zaman Kənd Təsərrüfatı naziri Heydər Əsədova həmin bələdiyyələrdə və icra nümayəndəlirində yoxlamalar aparmaq üçün müraciət edəcək.  Ceyhun Cəfərov bələdiyyələrə sifariş göndərib ki, “əgər onlar saxta sənədlərlə yazdırdıqları torpaq sahələrinə veriləcək yanacaq yardımını icra başçısına verməslər Kənd Təsərrüfatı Nazirliyinin əli ilə yoxlanılmalarına şərait yaradacaq”.
Bələdiyyə sədrləri, icra nümayəndələri Kürdəmir icra başçısının bu “xəbərdar”lığından ciddi şəkildə narahat olublar və Ceyhun Cəfərovun istəyi ilə razılaşıblar.
Bildirək ki, Kürdəmir rayonunda 23 kənddən 1679 nəfərin adına 12420 hektar torpaq sahəsi subsidya yardımı yazdırılıb. Həmin torpaqların bir hissəsi isə məhz saxta sənədlər əsasında yardım siyahısına salındığı bildirilir.
Qeyd edək ki, Kürdəmir rayonunda subsdiya yardımı ilə bağlı redaksiyamıza daxil olan ilginc informasiyaları araşdırdıqdan sonra oxucularımıza təqdim edəcəyik
Qarşı tərəfin mövqyeini dərc etməyə hazırıq…

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>