Azərbaycan diasporu Ukrayna ordusuna kömək edir | SON XƏBƏR | SON XƏBƏR

Azərbaycan diasporu Ukrayna ordusuna kömək edir

62017_res_01Ukraynada məskunlaşan Azərbaycan diasporu növbəti dəfə Ukrayna ordusuna kömək edib.

Bu haqda Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadov bildirib.
Onun sözlərinə görə, Lvovlu həkimlər Sun-Çen Li Yuri, Tatyana Xodosevic hərəsi 10000 qrivna, vətəndaşlardan Aleksandr Poltorak, İvan Slobodyanik və UABD hər biri 30000 qrivna yardım etdikdən sonra "UAZ" avtomobili alınaraq "Azov" batalyonunun hərbçilərinə təhvil verilib.
Qeyd edək ki, "Azov" batalyonu hazırda İlovaysk döyüşlərində iştirak edirlər.
geroika.org.ua saytında bu haqda dərc edilən məqalədə həmçinin deyilir ki, Ukraynada yaşayan azərbaycanlılar Maydan hərəkətindən bu yana həmişə rəsmi Kiyevi dəstəkləyib və elan edib ki, Kreml Krımı ələ keçirdikdən sonra bu işğal faktını dünya ictimaiyyətindən yayındırmaq üçün bilərəkdən ölkənin şəqrində müharibə ocağı yaradır: "Moskvanın köməkliyilə erməni ordusu azərbaycanlıların tarixi torpağı olan Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu işğal edib".

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>