Rusiyalı ekspert: “Dağlıq Qarabağda müharibə qaçılmazdır” | SON XƏBƏR | SON XƏBƏR

Rusiyalı ekspert: “Dağlıq Qarabağda müharibə qaçılmazdır”

publika.az1407307890ip_5229“Dağlıq Qarabağda müharibənin yenidən başlanması gec-tez qaçılmazdır. Ermənistan və Azərbaycan arasında istənilən vaxt müharibə başlaya bilər”.

Rusiyalı politoloq Aleksandr Xramçik bu sözləri Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən son qarşıdurmaları şərh edərkən belə deyib.

Cəbhə xəttində gərgin vəziyyətin davam edəcəyi halda beynəlxalq sülhməramlıların ərazidə yerləşdirilməsi ehtimalına gəlincə, politoloq vurğulayıb ki, Ermənistan və Azərbaycanın sülhməramlıları dəvət edəcəyinə inanmır.

Rusiyalı ekspert Azərbaycan və Ermənistan prezidentlərinin Soçidəki görüşündən də heç bir gözləntinin olmadığını bildirib. “Düşünürəm ki, bu görüş də əvvəlkilər kimi olacaq, yəni nəticəsiz qalacaq”, - politoloq ifadə edib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>