Çavuşoğlu: “Azərbaycanın Xarici İşlər naziri olacam” | SON XƏBƏR | SON XƏBƏR

Çavuşoğlu: “Azərbaycanın Xarici İşlər naziri olacam”

14095490981Qondarma “erməni soyqırımı”na qarşı birgə mübarizə aparacağıq”

Bu sözləri Türkiyənin yeni Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
“Siz Azərbaycanı, Azərbaycan da sizi yaxşı tanıyır. Nazir kimi Azərbaycana hansı mesajı vermək istərdiniz?” - sualına M. Çavuşoğlu belə cavab verib: “Azərbaycan əmin olsun ki, mən həm də onun Xarici İşlər naziri kimi çalışacağam. Bütün məsələlərdə səylərimizi və qüvvələrimizi birləşdirəcəyik”.
“Qarşıdan 2015-ci il gəlir. Ermənilər Türkiyəyə qarşı “soyqırım” təzyiqini gücləndirəcəklər. Bununla bağlı hansı işləri görəcəksiniz?” - sualını isə yeni nazir Azərbaycan ləhcəsiylə “qondarma “erməni  soyqırımı”na qarşı qardaş Azərbaycanla birgə mübarizə aparacağıq” - sözləriylə cavablandırıb.

APA


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>