Davudoğlu ilk rəsmi səfərini Azərbaycana edəcək | SON XƏBƏR | SON XƏBƏR

Davudoğlu ilk rəsmi səfərini Azərbaycana edəcək

publika.az1409568739DavudoğluTürkiyə baş naziri Davudoğlu ilk rəsmi səfərini Şimali Kiprə və Azərbaycana edəcək.

“Anadolu Agentliyi”nin baş nazirə yaxın mənbələrə istinadən verdiyi xəbərə görə, Türkiyənin yeni baş naziri Əhməd Davudoğlunun bu həftəki proqramı bəlli olub.

Proqrama görə, baş nazir Davudoğlunun sədrliyi ilə sabah AKP-nin ilk idarə heyətinin toplantısı keçiriləcək. Sentyabrın  3-4-də isə baş nazir Ankarada olacaq. Sentyabrın 5-də Milli Məclisdə hökumətin proqramı ilə əlaqədar müzakirələrə qatılacaq.

Sentyabrın 6-da  isə Konyaya getməsi gözlənilir.

Baş nazir Davudoğlunun ilk xarici səfərini Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTR) və Azərbaycana etməsi gözlənilir. Lakin səfərin tarixi barəsində heç bir dəqiq məlumat yoxdur.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>