İrəvan “Putin İttifaqı“na qarşı etiraza qalxdı | SON XƏBƏR | SON XƏBƏR

İrəvan “Putin İttifaqı“na qarşı etiraza qalxdı

etirazErmənistanda qanuni hökumət olmayana qədər Rusiya kimi ölkələr daim onu idarə etməyə çalışacaq və ya onu Gömrük İttifaqı (Gİ) kimi qurumlara daxil olmağa məcbur edəcəklər

Bu barədə İrəvanda keçirilən etiraz aksiyasında “Salam İrəvan” fraksiyasının üzvü David Sanasaryan bildirib.
Yürüş paytaxt İrəvanın Azadlıq meydanından başlayıb. “No Putin, No Cry” və “Go Home Putin, You are Drunk” şüarlarını tutan iştirakçılar Ermənistan prezidentinin iqamətgahına doğru hərəkət ediblər.
Etirazçılar aksiyanı Rusiya baş naziri Dmitri Medvedevin Ermənistana səfəri zamanı keçirmək istəyiblər, lakin baş nazirin bu ölkəyə səfəri təxirə salındığından aksiya bu gün keçirilib.
Xatırladaq ki, bu gün Serj Sərkisyanının Ermənistanın Gömrük İttifaqına qoşulmaq istədiyi barədə səsləndirdiyi bəyanatdan bir il keçir.
AZVİZİON.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>