Yevlaxda polislərin məvacibi niyə kəsilir? | SON XƏBƏR | SON XƏBƏR

Yevlaxda polislərin məvacibi niyə kəsilir?

загруженноеDİN-nin Baş Mühafizə İdarəsinin Yevlax şəhər şöbəsində işçilərin maaşını qanunsuz olaraq kəsirlər.

Sonxeber.info əməkdaşlarına verilən məlumata görə, 2013-cü ilin noyabr ayına qədər polis nəfərlərinin maaşı 170 manat olub. Ancaq noyabr ayında maaşlar 50 manat artırılıb. Ancaq işçilərə artımlı maaşı 5 ay müddətində verməyiblər. Baş Mühafizə İdarəsinin işçilərindən əlavə digər polislərinin də maaşında 20 manat artım olub. Onların maaşı isə 6 ay artımsız verilib. Yevlax şəhərində 160 polis işçisi var ki onların 60 nəfəri Baş Mühafizə İdarəsinin, 100 nəfəri isə polis nəfəridir. 5 ay ərzində artımı verilməyən 60 işçinin məvacibi 12 min 500 manat edir. 100 Polisin isə 6 aylıq artım pulu 2 min manat edir. İşçilər Yevlax Şəhər Baş Mühafizə İdarəsinin rəisi Qurbanəli Süleymanova maaşlarının verilmədiyi ilə bağlı müraciət edənlərə cavab verilməyib.

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>