İbrahim Tatlısəs danışıq qabiliyyətini itirdi | SON XƏBƏR | SON XƏBƏR

İbrahim Tatlısəs danışıq qabiliyyətini itirdi

publika.az1419927076xcfghjklTürkiyənin tanınmış müğənnisi və iş adamı İbrahim Tatlısəs keçirdiyi tibbi əməliyyatdan sonra uzun müddətdir ki, heç kəslə danışmır.

 

Bu barədə İbrahim Tatlısəsin həyat yoldaşı Ayşegül Yıldız bildirib.

 

Onun sözlərinə görə, İbrahim Tatlısəs ona qarşı edilmiş sui-qəsd cəhdindən sonra ağır yaralanıb və boğaz və burnundan əməliyyat olunub: “Əməliyyatdan sonra hər 2 burun dəliyində problem yaşayan İbrahim Tatlısəsin dilində tutulmalar yaranıb. O, əvvəllər mahnı oxumaq üçün səs məşqləri edirdi. Son vaxtlar İbrahim Tatlısəs yuxu problemi yaşayır. Burnunun sol tərəfində problemlər yaranıb. Əməliyyatdan sonra Tatlısəs  danışan zaman nəfəsi kəsilir. Uzun müddətdir ki, danışa bilmir, dili və nəfəsi tez-tez tutulur. Burnundan nəfəs alan zaman dediyi sözü yarımçıq kəsərək udqunur. Nəfəsi çatmadığı üçün danışması kəsilir, mahnı söyləməsi də çətinləşib”.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>