Rəşid Mahmudov: “Şou aparıcıları efirdə şıllaq atırlar” | SON XƏBƏR | SON XƏBƏR

Rəşid Mahmudov: “Şou aparıcıları efirdə şıllaq atırlar”

publika.az1418211611teleqraf.com1415025827reshid-mahmudAzərbaycan Tibb Universitetinin dosenti, tibb elmləri namizədi Rəşid Mahmudov teleaparıcı Mətanət Əliverdiyevanın efirdə “şpaqat” açmasına münasibət bildirib.

 

R.Mahmudov  deyib ki, özəl televiziya kanalları daha çox efirdə şou yaratmaq üçün çalışır: “Bəzi şou aparıcıları efirdə şıllaq atırlar. Həmin telekanallar bu cür verilişləri efirə verməməlidir. Mən hər zaman demişəm ki, ölkə telekanallarının əksəriyyəti xalqın əleyhinə çalışır. Mən bunu efirdə də dəfələrlə söyləmişəm.

 

“Ay Zaur”-da, ANS TV-də və digər yerlərdə demişəm ki, bu cür problemlərimiz var. Məni hər zaman da şou verilişlərə çağırırlar, ancaq mən bu cür verilişlərə getmirəm. Elə olur ki, bir gündə 3 verilişə çağırırlar. Ancaq onların heç birinə getmirəm. Mən “Ay Zaur” verilişinin aparıcısı Zaur Kamalın xətrini çox istəyirəm, yaxşı münasibətimiz var. O gün məni və 3 müğənnini verilişinə çağırmışdı. Ona dedim ki, mən müğənniyəm, məni niyə çağırmısan? Elə çəkilişlər olur ki, o, xalqımıza və dövlətimizə fayda gətirəndir, həmin verilişlərə gedirəm”.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>