“Təranə Qumralın intim mesajlarını üzə çıxaracağam” | SON XƏBƏR | SON XƏBƏR

“Təranə Qumralın intim mesajlarını üzə çıxaracağam”

publika.az14195950808997_zzkwl7rl6eAralarında qalmaqal yaşanan müğənni Nazəninlə Təranə Qumralın məhkəmə prosesi bu gün keçirilib.

 

Bu barədə  Nazəninin vəkili Adəm Məmmədov məlumat verib.

 

Onun sözlərinə görə, məhkəmə linqvistik ekspertiza təyin edib. Məhkəmənin rəyi bilinənə qədər növbəti proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

 

Vəkil onu da bildirdi ki, bundan öncə keçirilən məhkəmə prosesində Nazəninin həyat yoldaşı da iştirak edib. Onun şahid qismində ifadəsi alınıb.

 

Qeyd edək ki, Təranə Qumral Nazəninin həyat yoldaşı ilə rəsmi nikahda olmadığını deyib. Amma vəkilin dediyinə görə, o, rəsmən Nazəninin həyat yoldaşı kimi ifadə verib.

 

Bu barədə Publika.az-a Nazəninin həyat yoldaşı da danışıb. Amma işgüzar nüfuzunu nəzərə alaraq ad və soyadının yazılmamasını istəyib: “Mən istəmirdim ki, bu məsələ bu qədər ictimailəşsin. Amma ailəmin adına ləkə gətirildiyi üçün məcburən ifadə verməli oldum. Ailəmə atılan böhtan təmizə çıxarılacaq, həqiqət ortaya çıxacaq. Nazənin həyat yoldaşı kimi hər zaman onun arxasında dayanmışam. Heç kim ona böhtan ata bilməz”.

 

Qeyd edək ki, məhkəmə tərəfindən Nazəninin həyat yoldaşına Təranə Qumral tərəfindən göndərilən intim mesajlar da araşdırılacaq.

 


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>