Azərbaycanın bayrağı amerikalı modelin sinəsində – FOTOLAR | SON XƏBƏR | SON XƏBƏR

Azərbaycanın bayrağı amerikalı modelin sinəsində – FOTOLAR

Fotoşəkil böyük etiraza səbəb oldu.

ABŞ-ın idman modellərinin fotoşəkillərinin çəkilməsi ilə məşğul olan LHGFX Fitness Model Photography agentliyinin dünən internetdə yerləşdirdiyi növbəti fotoşəkil azərbaycanlı Facebook istifadəçilərinin böyük etirazına səbəb olub.

Həmin fotoşəkildə əynində üzərində müxtəlif dövlətlərin bayraqları əks olunmuş bikini olan texaslı (ABŞ) model Hope Beel əksini tapıb.

Bu fotoşəkili sosial şəbəkələrdə paylaşan agentlik: Bəs sən hansı ölkədənsən? Kimisə bu şəkildə işarələ yaxud onun adını şərh yerində yaz” – deyə, qeyd buraxıb.

Həmin bikini üzərindəki bayraqların arasında isə Azərbaycanın bayrağı da əksini tapıb. Bu isə cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.

Öz növbəmizdə qeyd edək ki, Azərbaycanda dövlət bayrağından geyim hazırlanması, bu şəkildə geyim üzərində əks olunması cəmiyyət tərəfindən dəfələrlə narazılıqla qarşılanıb. Sosial şəbəkə istifadəçiləri Qarabağda uğrunda qan tökülən bayrağımızın belə fotolarda yer almasının qəti əleyhdarı olduqlarını vurğulayırlar.

Bundan başqa, Azərbaycan Respublikasının qanunvericiliyində də vurğulanır ki, ölkədən kənarda Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlərin qarşısının alınması məqsədilə beynəlxalq hüquq normalarına uyğun olaraq tədbirlər görür.

Lakin onu da qeyd etmək lazımdır ki, xarici ölkələrdə, xüsusilə ABŞ-da bayraqdan paltar hazırlanması geniş yayılıb. ABŞ-da hətta dövlət bayrağından alt paltarı da hazırlanır və bu tipli geyimlər insanın vətənpərvərliyini əks etdirən bir məqam kimi təqdim olunur. Lakin xüsusilə də şərq ölkələrində, o cümlədən Türkiyədə, Azərbaycanda bayraq tamamilə başqa rəmzi məna kəsb edir və ondan bu fotoşəkildəki kimi istifadə məni qarşılanır.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>