16 yaşlı qız oğlan üstə digər qızı öldürdü | SON XƏBƏR | SON XƏBƏR

16 yaşlı qız oğlan üstə digər qızı öldürdü

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham olunan Zaqatala rayon sakini, 1998-ci il təvəllüdlü Aydan Xəlitovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı aprelin 2-ə təyin olunub.

Qeyd edək ki, qətl hadisəsi ötən il noyabr ayının 27-də baş verib. Xəzər rayonunun Albalılıq yaşayış sahəsindən Bakı şəhər sakini Şəms Nəhmədova kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilib. Həkimlərin səyinə baxmayaraq yaralı xəstəxanada dünyasını dəyişib.

Xəzər Rayon Polis İdarəsi (RPİ) 2-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Zaqatala rayon sakini Aydan Xəlitova həbs olunub.

İlkin versiyaya görə, hadisə oğlan üstündə baş verib. Bir oğlana görə bıçaq davasına qalxan qızlardan biri ölüb, digərini isə uzunmüddətli məhkumluq həyatı gözləyir.

İnarə Rafiqqızı

Virtualaz.org


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>