Azərbaycanda zəlzələ oldu | SON XƏBƏR | SON XƏBƏR

Azərbaycanda zəlzələ oldu

66550Azərbaycanda zəlzələ baş verib.

SonXəbər.info-nun Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadla verdiyi məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 14:59-da qeydə alınıb.

Təkanlar Pirquludan 13 km şimalda Şamaxı ərazisində baş verib. Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Maqnitudası 4,1 bal gücündə olan zəlzələ 7 km dərinlikdə qeydə alınıb.

Qeyd edək ki, ötən gün də zəlzələ baş verib. Yerli vaxtla saat 23:45:00-də Xəzər dənizində 3,4 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>