Zərdab rayon icra başçısının birinci müavininin oğlu avtomobili içkili idarə etdiyinə görə həbs edilib | SON XƏBƏR | SON XƏBƏR

Zərdab rayon icra başçısının birinci müavininin oğlu avtomobili içkili idarə etdiyinə görə həbs edilib

Zərdab rayon icra başçısının birinci müavini Allahverdi Səfərovun oğlu Ceyhun Səfərov bu ilin martın 22-də saat 16.00 radələrində sükan arxasında içkili vəziyyətdə olarkən polis zabitinin sənəd təqdim edilməsi tələbinə tabe olmaqdan imtina etdiyinə görə saxlanılıb.

İcra Hakimiyyətindən trend-ə bildiriblər ki, Zərdab rayon Məhkəməsi tərəfindən C.Səfərov barəsində İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə inzibati qaydada 5 sutka müddətinə həbs cəzası tətbiq edilib.

Martın 27-də C. Səfərov həbs müddəti başa çatdığı üçün sərbəst buraxılıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>