Lukaşenko Bakıya gəlir | SON XƏBƏR | SON XƏBƏR

Lukaşenko Bakıya gəlir

58389_300x185Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenko iyunun 11-13-də Azərbaycan Respublikasına işgüzar səfər edəcək.

Bu barədə Belarus prezidentinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd edilir ki, dövlət başçısı I Avropa Oyunlarının rəsmi açılış mərasimində iştirak edəcək. Bundan əlavə, Belarus Prezidenti bir sıra ikitərəfli görüşlər keçirəcək və idman obyektlərinə baş çəkəcək.

Xatırladaq ki, Azərbaycanda keçiriləcək I Avropa Oyunlarında iştirak edəcək ölkələrdən Rusiya, Türkiyə və Serbiya prezidentləri Bakıya səfər edəcəyini açıqlayıb.

Birinci Avropa Oyunlarının Açılış Mərasimi iyunun 12-də baş tutacaq. I Avropa Oyunları 12-28 iyun tarixlərində keçiriləcə və yarışlarda 50 Avropa ölkəsindən 6 mindən çox idmançı qatılacaq. ans press


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>