Saxta mühacir skandalı böyüdü - Yeni ifşaedici faktlar | SON XƏBƏR | SON XƏBƏR

Saxta mühacir skandalı böyüdü – Yeni ifşaedici faktlar

1411999346_isaarif_300x181Müsavat Partiyasının saxta mühacir qalmaqalı daha da böyüyüb. İsveçrədə yaşayan jurnalist Elibəy Həsənli Müsavatla bağlı yeni ifşaedici məlumatlar yayıb.

 

Bu barədə özünün Facebook səhifəsində qeyd edən E.Həsənli partiyadakı mühacir biznesinin başında hazırki başqan Arif Hacılı və Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlının durduğunu bildirib.

Yazar saxta üzvülük vəsiqələrinin verilməsi ilə bağlı bundan öncəki açıqlamasına görə, Arif Hacılı və tərəfdarları tərəfindən təhqirlərə məruz qaldığını deyib.

“Çoxlarının bilmədiyi bir cinayəti açdıq. Arif Hacılının Müsavat Partiyasını necə biznes “toçkası”na çevirdiyini və bu tarixi, siyasi, hüquqi cinayətdə ona kimlərin dəstək verdiyini faktlarla ortaya qoyduq.

Lakin Müsavat funksionerləri və onların tərəfdarları, Arif Hacılının ağıldan kəm, reaksioner qardaşları faktlara cavab vermək əvəzinə, söyüş, təhqir, təhdid, şantaja başladılar. Bu Müsavat qatilləri anlamırlar ki, biz də söz deməyi , yazmağı, yeri gələndə də söyməyi bacarırıq”.

E.Həsənlinin sözlərinə görə, mühacir biznesinə girişən və bundan böyük paralar qazanan Hacılı bandası heç nəyi təkzib edə bilmədi. Bir dənə iddia-fakt da tərəflərindən sübutla yalanlana bilmədi.

Yazar konkret faktlar ortaya qoyaraq bildirib ki, son 6 ayda Müsavat Partiyası tərəfindən vətəndaşlara 483 arayış verilb. Əksəriyyəti də bu bandanın əsas fiquru olan Gülüğa Aslanlı tərəfindən imzalanıb.

“Bunları kimlərə və niyə vermişiniz? Ən əsası, neçəyə vermişiniz? Bu elə bir faktdır ki, prokurorluq orqanları dərhal üzə çıxaracaq! Çünki həmin arayışı satın alan vətəndaşların 90 faizi artıq ölkədə yoxdur, xaricə, mühacir olmağa gediblər. Təsəvvür edirsinizmi, miqyası? Bunlara cavab ver, Gülaga Aslanlı.

Mən filan yerdə yox idim demən, səni bu cinayətdə olmaman anlamına gəlməz! Sən cinayətkarsan və həbs olunmalısan! Ki, Müsavat adından cinayət edən hər kəsə ibrət olsun”.

E.Həsənli Müsavatın mühacir biznesinin xaricdəki ortaqlarını da ifşa edib: “Bu şəbəkənin xaricdə ortaqları var. Onlardan da ən əsası, Eldəniz Yusibovdur. Özünün sevgilisin Müsavatçı adı ilə Belçikaya gətirib, orada ev tutub, saxlayır və üstəlik, xanımın yalanlarının Miqrasiya İdarəsi tərəfindən inandırıcı bulunmamasına görə, onun Müsavatın simvolu olan İsa Qəmbərlə fotosunu təşkil edir. Biz həmin fotonu da yayıçlayırıq. Eldəniz bəyin sevgilisi olan xanım Belçika Miqrasiya xidmətinə bilirsinizmi nə deyib? Deyib ki, Bakıda mitinqlərdən sonra polislər aparıb, polis idarəsində onu “qruppavoy” zorlayıblar.

Yəqin bu motivi də Eldəniz bəy ona başa salıb. Çünki bu qadına baxanda anlayırsan ki, ona siyasi mühacir, əzab çəkən müsavatçı qiyməti vermək mümkün deyil. Ona ancaq belə şeylər uyardı. Onu da uydurublar. Özünə bu cür şər atan bir qadınla Eldəniz Yusibovun yaxınlıq səbəbini anladıq. Amma hansı ağıl və səbəblə belə bir qadını İsa bəylə görüntüləyib, həmin fotoları Miqrasiya İdarəsinə verirsən, Eldəniz Yusibov. Sən və sənin pədərsüxtə oğlun bu ittihama cavab verin!”.

Jurnalist həmçinin qeyd edib ki, İsa Qəmbər bu bandanı müdafiəyə təşəbbüs göstərir.

“Əslində onu anlayırıq, İsa bəy özünü müdafiə edir. Arif Hacılı kimi bandit xislətli birisini partiyanın başqanı gətirmək onun bu həyatdakı ən böyük səhvidir. Üstəlik, ona görə özünün ən yaxın dostlarının üstündən xətt çəkib. İndi başqa yolu yox kimi görünür. Ancaq biz bilirik ki, İsa bəy ədalətli adamdır. Ortada bir cinayət var. Onun ehtiyaclar içərisində qaldığı bir zamanda, ətrafındakı insanları illərdir ki, partiyasını “toçka” kimi işlədib, yüzminlər qazanırlıar.

Son aclıq aksiyasından dərhal sonra, həmin aksiyadakı şəkillərlə 5 “müsavatçı” İsveçə gəlib. Əli Ağayevin koordinatorluğu ilə. Bunları kim və neçəyə yollayıb? Bunlara cavab verin. Müsavat rəhbərliyindəki banditlər!”.

Azvision.az


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>