Sabir Abdin - Türkə yiyə-Türkiyə | SON XƏBƏR | SON XƏBƏR

Sabir Abdin – Türkə yiyə-Türkiyə

Sabir_Abdinov(Türkiyədəki son hadisələrə həsr olunur)

“Dünya ona görə gözəldir ki, orada türklər yaşayır”
Professor Nizaməddin Şəmsizadənin
“Türkə yiyə-Türkiyə” məqaləsindən.

Türklərin ümid yeri
Türkə yiyə-Türkiyə.
Həm qibləsi, həm piri
Türkə yiyə-Türkiyə.

Milləti bir ordudu,
Ulu Dədə Qorqudu,
Qəhrəmanlar yurdudu,
Türkə yiyə-Türkiyə.

Düşmənləri boğuldu,
Neçə şəhid doğuldu,
Torpağına oğuldu,
Türkə yiyə-Türkiyə.

Bayraq qana boyandı,
Yatmış gecə oyandı,
Yer üzünə həyandı,
Türkə yiyə-Türkiyə.

Tarix qansız yazılmaz,
Türk elləri basılmaz,
Yad bayraqlar asılmaz,
Türkə yiyə-Türkiyə.

Çanaqqala, Maraşı,
Görmüş neçə savaşı,
Azərbaycan qardaşı,
Türkə yiyə-Türkiyə.

30.07.2016.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>