Kəndimizin son günü (14-cü yazı) | SON XƏBƏR | SON XƏBƏR

Kəndimizin son günü (14-cü yazı)

1462430011_teylor-f-300x225-300x151XIV  fəsil

Eyni  adlı  kitabımızdan fəsillər.

Həyət-bacanın,axırıncı xiyabanları  torpağa can verən minerallarla zəngin Daşlıtəpə artezanının gur suyundan doyduqdan,həyətlərin  axırındakı  çökəklər də göl yaradandan sonra,arxın qulağını qonşu həyətin keçələtinə dəyişərdilər.Onu  bildirim ki,dərələrdə göl yaradan,bir xeyli qurumayan artezan sularına,Xatın arxından yazağzı sellər-sular daşanda qaçaq yolla Hacıbəy təpəsinin altından çəkilmiş dədə-baba arxlarımızdan daşa-daşa gələn palçıqlı sel-suları da Hüseyn müəllimin həyətinin dərə hissəsindən,çəpərin altından keçərək,bəhs etdiyimiz kiçik göllərə qarışardı.Evimizin qabağındakı,təpəni aşandan sonra,göylərə baş çəkən çoxillik ağacların kürək-kürəyə söykəndiyi  dədə  bağlarımızın müxtəlif adlarla çağrılan yurd yerlərinə çıxardıq.Uşaqlığımızın,ilk gəncliyimizin min bir xatirəsi ilə naxışlarmış,bağ-lara dolanan cığırlara bələdçilik edən həmin təpədə o qədər oynamışdıq ki,sinəsində bitən yamyaşıl  otlarda cücərmədən torpağa qarışardı.

Hə oyunlardan çıxmazdıq bu təpədə,dikə çıxıb sürüşər,Şuşanın yeddi qatına oxşayan dolayılarında,məftil arabalarımızı min bir fasonla sürə-sürə  mənzil başına,talaya çatanda,sanki,yaylağa gedəndə sovxozun Şirinov Allahverdinin,(Allahın rəhmətinə gedərək haqqa qovuşub)qonşu Yusifcanlı  kəndindən olan Məhəmməd kişinin sürdükləriQAZ-53,QAZ-51-lər,Kəlbəcər İstisuyundan  üzüyuxarı,yol  adlanan,qayalara söykək at cığırı ilə nərildəyə-nərildəyə  Taxtabaşına çatanda keçirdiyimiz  sevincin eynisini  keçirərdik.İstisuda,Taxtabaşında,Dəlidağda,Səməd  Vurğunun  adını  novuna yazdığı  Ceyran bulağında,Gəlin qayasında,Pəri çınqılında,Zalxa gölündə,Ayı çınqılında,ermənilərin Cermuxuna söykək Murad təpəsində,Sarımsaq  təpəsinin ətəklərində cənnət yaylaqlarda  keçən ömrümüzün o bəxtəvər  illərindən,şirin günlərindən də,gələcək kitabımızın irəliləyən fəsillərində  danışacağıq.Hələliksə,bel yoğunluğunda  qızılüzüm tənəyinin ilan kimi gövdəsinə dolanaraq,axırıncı  budaqlarına qədər  çatan,tikanlı  qareylənin gözümüzü açıb,şüurumuz  kəsəndən bir boyda gördüyümüz,tənəyə yaraşıq  verən bu ağacı kim əkmişdi bilən yox iydi.Qış gələndə sevincimizin həddi-hüdudu olmazdı.Taxta qırıqlarından düzəltdiyimiz sankalarla,(müasir xizəklərin oxşarı)buz bağlamış,cığırla sürüşməyin dadını çıxarardıq.

Dəstə-dəstə toplaşan,qonşu məhəllələrdən gələnlərin də qarışdığı uşaqlar növbə ilə sankalarını sürüyə-sürüyə,ağızlarından,burunlarından,qılınc kimi kəsən şaxtanın təsirindən buğ burumlana-burumlana dizə qədər qarı yara-yara təpəyə dırmaşardılar.

Növbəsi  çatan sankanı  buzlamış cığırın başlanğıcında sahmanlayaraq,oturaraq  ayaqlarını uzadaraq üzü yenişə sürüşərdi.Yıxılsaqda,bütün gövdəmiz cızıq-cızıq,əzik-əzik olsada,şikayət etməz,tərtəmiz,ağappaq qarın müqəddəsliyinin hopduğu sevincimizə acı qatmazdıq.Axşamlar,mal-qara,qoyun-quzu örüşdən  qayıdanda nobatda olan adamın  səsi-küyü,aləmi  götürərdi.Hər kəsin doqqazında,yiyəsinin həyətini tanıyan mal-qara,qoyun-quzu bölünərək ağac budaqlarından  hörülmüş,(sonralar dəmir darvazalarla əvəzlənmiş )qapılardan keçərək düz tövlələrinə üz tutardılar.Evlərimiz də,o vaxtlar hələ  kəndimizə mavi qaz xətləri  çəkilmədiyindən,gur-gur yanan  dəmir  odun  peçlərinin  ətrafında düzülərək  üşüyərək  qıpqırmızı  olmuş,şaxtadan  kəsilən əllərimizi,ayaqlarımızı qızdırardıq.İsti dəydikcə bədənimizdə gəzən xoş giziltinin  ayrı ləzəti  var idi.           Gələcək  kitabımızın irəliləyən  fəslində,danışacağımız,müxtəlif  həyat  hekayələri,nələr,nələr...

Ardı  var.

Teylor  Fətişoğlu.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>