Le Guen: "Azərbaycanda buna xüsusi diqqət yetirilir" | SON XƏBƏR | SON XƏBƏR

Le Guen: “Azərbaycanda buna xüsusi diqqət yetirilir”

mariAzərbaycanda təhsil sisteminin inkişafına xüsusi diqqət yetirilir.

Bunu ölkəmizdə səfərdə olan Fransa Respublikasının Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin inkişaf və frankofoniya məsələləri üzrə dövlət katibi Jan-Mari Le Guen media üçün brifinqdə bildirib.

Azərbaycan ilə Fransa arasında ali təhsil sahəsində əməkdaşlığın genişləndiyini deyən qonaq Fransız-Azərbaycan Universitetinin (UFAZ) təhsilə verəcəyi töhfələrdən danışıb. Qeyd edilib ki, UFAZ-ın yaradılması tərəflər arasında əməkdaşlığın inkişafına xidmət edir. Qonaq universitetdə əcnəbi tələbələrin - Fransa və digər ölkələrdən olan vətəndaşların təhsil alması üçün lazımi baza yaradılacağını bildirib. Jan-Mari Le Guen deyib ki, UFAZ-da təhsil alan azərbaycanlı tələbələr Fransada təhsillərini davam etdirəcəklər. Universitetlərarası müqavilələrə əsasən, gələcəkdə fransız tələbələr də bu ali məktəbdə tədrisə cəlb olunacaqlar. Artıq bu istiqamətdə danışıqlara başlanılıb. axar.az


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>