Maaşlar yenə də artmalıdır – İlham Əliyev | SON XƏBƏR | SON XƏBƏR

Maaşlar yenə də artmalıdır – İlham Əliyev

ilham_aliyev_main_181114_12Ötən il Azərbaycanda sosial məsələlərin həlli diqqət mərkəzində olub.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

O qeyd edib ki, maaşlar 7 faiz, pensiyalar 8 faiz artıb və yenə də artmalıdır. Prezidentin sözlərinə görə, bununla yanaşı, kommunal xidmətlərin diferensiallaşdırılması da sosial ədalət prinsipinə əsaslanıb, orta təbəqənin maraqları nəzərə alınıb:

“Sosial siyasətin tərkib hissəsi kimi 485 məktəb təmir olunub, 29 məktəb tikilib, 41 tibb müəssisəsi inşa edilib və ya təmir olunub. Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması diqqətdə saxlanılıb”.

Dövlət başçısı onu da bildirib ki, ASAN xidmət mərkəzlərinin sayı 11-ə çatdırılıb:

“İndiyə qədər bu mərkəzlərə 13 milyon müraciət daxil olub və göstərilən xidmətlərin sayı artırılıb”.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>