Suriyada atəşkəsi İran pozur - İddia | SON XƏBƏR | SON XƏBƏR

Suriyada atəşkəsi İran pozur – İddia

iran_300x160Suriyadakı atəşkəs Əsəd rejiminin tərəfdarlarının provokasiyası nəticəsində yox olmaq üzrədir.

Bunu Türkiyə mətbuatına açıqlamasında Azad Suriya Ordusunun Siyasi Bürosunun üzvü Rami Dalati söyləyib. O, Rusiyanın atəşkəslə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmədiyini söyləyib:

“Atəşkəsi daha çox iranyönlü qüvvələr pozur. Atəşkəsin üçüncü günündə səmaya Əsəd rejiminin təyyarələri qalxmışdı. Əsəd atəşkəsin saxlanmasında maraqlı deyil. Müqavilə artıq məhv olmaq üzrədir. Hizbullah bundan öncə Dəməşq vilayəti yaxınlığındakı Barada dərəsinə dörd rus generalını buraxmamışdı. Hizbullahın belə bir addımı atəşkəsi istəməməsi ilə bağlıdır”. axar.az


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>