Nigar Camalın qəzaya düşdüyü an - Video | SON XƏBƏR | SON XƏBƏR

Nigar Camalın qəzaya düşdüyü an – Video

17e6ba_300x166Hadisə bir müddət əvvəl baş verib. Hətta bu haqda sosial şəbəkələrdə video da paylaşılıb.

Görüntülərdə Nigar Camal və rəfiqələri avtomobildə təhlükəsizlik kəmərindən istifadə etmirlər. Eyni zamanda sürücünün diqqəti yolda deyil kamerada olur. Həmçinin Nigar Camal da rəqs edib oxumaqla sürücünün diqqətini yayındırır. Nəticədə isə avtomobil qəzaya uğrayır.

Çox təəssüflər olsun ki, BMT-nin yol hərəkəti təhlükəsizliyi üzrə xoşməramlı səfiri seçilən Nigar Camal sosial təhlükəsizliklə bağlı sosial çarxlar çəkmək əvəzinə özü qaydaları pozur və hətta bunu çəkib paylaşır.

Qeyd edək ki, son günlər Nigar Camalın yol polisləri haqqında işlətdiyi kobud ifadələr birmənalı qarşılanmayıb. Hətta BŞDYP idarəsi müğənnini məsələ ilə bağlı dinləməyə və araşdırma aparmağa dəvət edib. Lakin hələlik Nigar Camal bu təkliflə müsbət reaksiya verməyib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>