Məşhur aparıcının həyat yoldaşını güllələdilər | SON XƏBƏR | SON XƏBƏR

Məşhur aparıcının həyat yoldaşını güllələdilər

aktyor1_300x156Məşhur "Sehirli anam" ("Sihirli annem") serialında ekranlara gələn və sonra televiziya aparıcılığı ilə məşğul olan Jess Molhonun həyat yoldaşı Zeynəb Molho Türkiyənin Bodrum bölgəsində yerləşən gecə klubundakı insidentdə yaralanıb.

Gecə saatlarında baş verən silahlı hücumda yaralananlar arasında aparıcının həyat yoldaşı da var. Mərmi onun kürəyinə girib, lakin daxili orqanlarını zədələməyib və bir qabırğası qırılıb.

Hadisə barədə açıqlama verən Molho bildirib ki, həyat yoldaşı möcüzəvi şəkildə həyatda qalıb və sabah keçiriləcək əməliyyatla mərmi çıxarılacaq.

Qeyd edək ki, baş verən hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>