Meyxana ustası Bayram Kürdəxanlını avtomobil vuraraq öldürüb | SON XƏBƏR | SON XƏBƏR

Meyxana ustası Bayram Kürdəxanlını avtomobil vuraraq öldürüb

7e89efef-ae27-43ab-b027-9415d4c55583_292Meyxana aləmində Bayram Kürdəxanılı kimi tanınan meyxana ustası Bayramqulu Quliyevi avtomobil vuraraq öldürüb.

"Report"un məlumatına görə, hadisə Kürdəxanı qəsəbəsində baş verib.

Belə ki, toy mərasimindən evə qayıdan meyxana ustası qəsəbə ərazisində yolu keçərkən Emin Fərhadovun idarə etdiyi "Peugeot" markalı, 10-PS-782 dövlət seriya nişanlı avromobil onu vurub. Nəticədə meyxana ustası ağır xəsarət alıb.

Hadisəni törətmiş sürücü Bayram Kürdəxanılını 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Hadisəni törətmiş E.Fərhadov Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Foto əlavə olunub.


***02:32

Meyxana aləmində Bayram Kürdəxanılı kimi tanınan meyxana ustası, 1961-ci il təvəllüdlü Bayramqulu Məşədi oğlu Quliyevi avtomobil vurub.

"Report"un məlumatına görə, hadisə Kürdəxanı qəsəbəsində baş verib.

Belə ki, toy mərasimindən evə qayıdan meyxana ustası qəsəbədə yolu keçərkən "Peugeot" markalı, 10-PS-782 dövlət seriya nişanlı avromobil onu vurub.

Nəticədə Bayram Kürdəxanılı ağır xəsarət alıb. Hadisəni törətmiş sürücü meyxana ustasını 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıb və yaralıya ilk tibbi yardım göstərilib.

Meyxanaçının sənət yoldaşı və dostu, meyxana ustası Ağamirzə Məmmədov "Report"a bildirib ki, Bayram Kürdəxanılı yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçərkən avtomobil tərəfindən vurulub.

Həkimlərin sözlərinə görə, Bayram Kürdəxanılı ağır kəllə-beyin travması və müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 3 Saylı Kliniki Tibbi Mərkəzin həkimləri onun vəziyyətini ağır kimi qiymətlənidirirlər.

Faktla bağlı araşdırma aparılır.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>