Mingəçevirdə möcüzə: Körpə 4-cü mərtəbədən yıxıldı, lakin... | SON XƏBƏR | SON XƏBƏR

Mingəçevirdə möcüzə: Körpə 4-cü mərtəbədən yıxıldı, lakin…

701efce3-0b2f-464e-bac2-30d07fe4916a_292Mingəçevir şəhərində ehtiyatsızlıq nəticəsində dördüncü mərtəbədən yıxılan körpə sağ qalıb.

Report xəbər verir ki, hadisə şəhərin Aydın Məmmədov küçəsi 16, mənzil 57-də baş verib.

2015-ci il təvəllüdlü Yevlax rayon Havarlı kənd sakini Şərifov Murad Məhəmməd oğlu qonaq gəldikləri beşmərtəbəli binanın 4-cü mərtəbəsindəki evin eyvanından yerə yıxılıb. Yaralı körpə dərhal həmin binanın önündə yerləşən şəhər xəstəxanasına çatdırılıb. İlkin müayinələr zamanı bir sıra sınıqlar aşkar olunub. Tibbi yardım alan iki yaşlı körpə Reanimasiya şöbəsinə yerləşdirilib.

Əldə olunan məlumata görə, uşağın həyatı üçün heç bir təhlükə yoxdur. Şahidlər Murad Şərifovun yerə pəncərə torunun üzərində düşdüyünü, bu səbəbdən də ölümcül xəsarət almadığını bildiriblər.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>