Nazpəri Dostəliyevanın oğurlanan sərvəti... Və sənətçilərin vergidən oğurladıqları pullar | SON XƏBƏR | SON XƏBƏR

Nazpəri Dostəliyevanın oğurlanan sərvəti… Və sənətçilərin vergidən oğurladıqları pullar

T5oCI4mBir ara görünməyən Nazpəri Dostəliyeva yenidən bəzi televiziya kanallarını zəbt edərək sözün əsil mənasında meydan sulayır. Bu dəfə aşıq mahnıları ilə deyil ağlagəlməz sərvəti qızılı, briliantı, küllü miqdarda pulları ilə dillər əzbərinə çevrilən sənətçinin çoxsaylı dəbdəbəli mənzillərindən birində oğurluq yolu ilə aparılan seyfdən götürülmüş var-dövləti qısamüddətli peşəkar əməlliyat aparılıb oğruları yaxalayaraq cinayət işinin üstünü açaraq ifşa etdilər hüquq mühafizə orqanlarımızın əməkdaşları. Təbii ki, peşəkar hüquq mühafizə orqanlarımızın əməkdaşlarını alqışlayırıq. Məsələnin görünməyən tərəfindən danışacağıq. Naspəri Dostəliyeva məcbur olaraq baxdığımız televiziya kanallarının birində ki, verlişdə Azərbaycan muğamından danışarkən sənətçinin gizlətmədiyi simpatiyası olduğu keçən qısamüddətli başıpozuq hakimiyyətlərin dövründə demək olar ki, tənəzzül edən incəsənətimizi, muğamımızı ən əsası musiqimizi Yunesko səviyyəsində digər nüfuzlu təşkilatlarda dünyaya tanıdaraq qəbul etdirən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın danılmaz böyük fəaliyyətindən danışmağı özünə sanki yaraşdırmayaraq, elə bil bu işləri özü edibmiş kimi yaşına-başına yaraşmayan ədası-forsu ilə danışmasını, yerlə-göylə əlləşməyini vətəndaşlarımız qəzəblə, ikrahla qarşılayırlar. Bütün bu deyilənləri Nazpəri Dostəliyevanın qədir bilməz vicdanına ünvanlayıb, Vergilər naziri hörmətli cənab Fazil Məmmədovdan gərəkən olan göstərişi, tapşırığı vergi orqanlarına verməsini xahiş edirik ki, məsuliyyətli vergi əməkdaşlarımız araşdırsınlar ki, küllü miqdarda qızıla, brilianta, topdağıtmaz sərvətə, böyük məbləğdə pula, dollarlara, yeni tikililərdə mənzillərə, möhtəşəm villalara sahib olan Nazpəri Dostəliyeva keçən illər ərzində müstəqil dövlətimizin büdcəsinə vergi ödəməyi özünə borc bilərək vicdanını sakitləşdiribmi? Qaldı oğrulardan geri qaytarılan qızıl, briliantlar və küllü miqdarda dollarlar Müdafiə Fonduna, çox faydalı, ləyaqətli bir işlə məşğul olan Həyat fonduna keçirilsə bu daha ədalətli qərar olaraq vətəndaşlar tərəfindən alqışlanaraq rəğbətlə qarşılanar. Düşünməyə dəyər. Mövzunu diqqətdə saxlayacağıq, qarşı tərəfidə dinləməyə hazırıq.

SonXəbər.info


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>