Qurban necə kəsilməlidir? | SON XƏBƏR | SON XƏBƏR

Qurban necə kəsilməlidir?

qurbanvc_300x169Sabah dünya müsəlmanları Qurban bayramını qeyd edəcək. Əsrlərdir bu ənənə davam etsə də, hər il bayram ərəfəsində qurbanın necə kəsilməsi, kimlərə paylanması və kəsiləcək heyvanlar barədə suallar insanları düşündürür? Xüsusən, ilk dəfə qurban kəsənlər bu məsələlərdə daha həssas olur.

Bayramda qurban kəsib, paylamağın şərtlərini təqdim edirik.

Qurban kəsmək əsasən Məkkədə hacılara vacibdir. Digər yerlərdə isə imkanlı adamların qurban kəsmələri Allah yanında bəyənilmiş - müstəhəb əməllərdən hesab olunur. Qurban ətini fəqir və kasıb ailələrə paylamaq böyük savabdır.

İmkanı olan şəxslər hətta bir neçə qurban kəsib paylaya bilər. Bu, həmin şəxsin ruzisinin artmasına, bərəkətli olmasına vəsilə olar. Qurban kəsmək həm də xeyriyyəçilik, yardımlaşma kimi əməllərin möhkəmləndirilməsinə xidmət edir, sosial bərabərliyi təbliğ edir, ictimai məsuliyyəti artırır.

Kəsilən qurbanın ətinin bölünməsi üçün konkret qayda, göstəriş yoxdur. Sadəcə hər kəsə bərabər çəkidə olmalıdır. Ailə də özünə bir pay saxlaya bilər. Lakin qurban ətinin daha çox ehtiyacı olanlara verilməsi bəyənilir. Hər gün süfrəsində ət olan ailələrə verilməyə bilər. Çalışmaq lazımdır ki, qurban payın həqiqətən ehtiyacı olanlara verilsin. Bu, bayramın mahiyyətinə daha uyğundur.

Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə götürə bilər, digər hissə fəqir və kasıb ailələrə, üçüncü hissə isə hədiyyə kimi qohum-əqrəbalara paylanmalıdır. Qeyd edirik ki, şərikli kəsilən qurbanın hər şərikə çatan payı da həmçinin üç hissəyə bölünməlidir. Niyyət qurbanını ailə özü yeməyə bilər, lakin Qurban bayramında kəsilən qurbandan ev sahibi də yeyə bilər. Lakin daha çox paylamağa diqqət etməlidir.

Bayramda qurban kəsmək imkanı olmayan şəxslər sonradan istədikləri vaxt bunu edə bilərlər. Qurbanı nə vaxt kəsməklə bağlı heç bir qadağa, məhdudiyyət yoxdur. Qurban kəsiləcək heyvan sağlam olmalı, 1 yaşına çatmalıdır. Keçi və qoyunun ili tamam olmalı, öküz və inək bir və ya iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır.

Qurban natəmiz şəraitdə, insanlara maneə yaradacaq yerlərdə kəsilməməlidir. Xüsusi ayrılan yerlərdə, ya da həyətdə kəsə bilər. Bu zaman təmizliyə fikir verilməlidir. Qurban kəsmək xeyirxah əməl olduğundan şəhərin təmizliyinə xələl gətirməməlidir.

Bir neçə şəxs birləşib dəvə, inək, camış kəsə bilər. Bu həm də birliyin nümunəsidir. Heyvanı xüsusi kəsim yerlərində, peşəkar qəssablara kəsdirmək daha məqsədəuyğundur.

Bir qayda olaraq, qurban kəsərkən heyvanı uzu qibləyə uzatmalı, qoyundursa, qıçının birini аzаd sахlаmаq, iribuynuzlu heyvаndırsа, dörd аyаğını dа möhkəm bаğlаmаq lаzımdır. Heyvаnın bоğаzınа bıçаq qоyulаrkən, yахşı оlаr ki, Qurbаn duаsı охunsun və ya heç оlmаzsа, “Bismillаhi və billаhi vəllаhu əkbər” deyərək kəsilsin.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>