Aşıq Ədalət vəfat etdi | SON XƏBƏR | SON XƏBƏR

Aşıq Ədalət vəfat etdi

edalet_281x18714:53

Aşıq Ədalətin səhhəti çox pisləşib. Yataq xəstəsidir.

Bu sözləri ustad aşıq Ədalət Nəsibovun səhhəti ilə bağlı Kult.az-a danışan dostu Murad Məhəmmədov deyib. Onun sözlərinə görə, hazırda aşıq müalicəsini evdə davam elətdirir:

“Vəziyyəti heç yaxşı deyil. Telefon zənglərinə belə baxa bilmir. Ona gələn zənglərə də ailə üzvləri cavab verir”.

***

Azərbaycanın əməkdar incəsənət xadimi Ədalət Nəsibov (Aşıq Ədalət) dünyasını dəyişib.

Bu barədə Yenicag.az-a aşığın oğlu Hekayət Nəsibov məlumat verib.

O, 78 yaşlı atasının qəfildən halının pisləşdiyini söyləyib:

"Dünən yaxşı idi, mənimlə zarafatlaşdı. Axşam halı pisləşdi, həkim çağırdıq. Bir az əvvəl gözlərini yumdu. Onun son sözü bu oldu ki, mənə görə çox əziyyət çəkdiniz, haqqınızı halal edin”.

Əməkdar incəsənət xadimi Ədalət Nəsibov 27 yanvar 1939-cu ildə Qazaxda anadan olub.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>