Fransızların heyrətamiz adətləri | SON XƏBƏR | SON XƏBƏR

Fransızların heyrətamiz adətləri

fr2_300x169Hər bir xalqın özünəxas xüsusiyyətləri adət və vərdişləri var. Çox zaman bu adətlər həmin millət üçün adi görünsə də digər xalqların dərin təəccübünə səbəb olur.

Fransızların 9 milli adət-ənənələrinin siyahısını təqdim edir.

Salamlamaq əvəzinə “işlər necədir” deyə soruşurlar

Fransızların standart dialoqu bu sözlərlə başlayır: “Ça va? — Ça va!” (sa va), tərcümədə “İşlər necədir?-Yaxşıdır!” deməkdir. Bu ifadələri səsləndirəndən sonra həmsöhbətlər bir-birində dərin açıqlama gözləmirlər. Bu sadəcə şablon ünsiyyət formasıdır.

9 национальных особенностей жителей Франции которые нам не понять

Fransızlar görüşəndə hər iki yanaqdan öpürlər

Fransızların salamlamaq adətlərindən danışanda əsas adətlərini unutmaq olmaz. Onlar görüşərkən hər iki yanaqdan öpürlər. Öpüşlərin sayı bölgələrə görə arta da bilər.

Suyu krandan içirlər

Bəli, fransızlar evdə hətta küçələrdə və parklarda suyu krandan içirlər. Çünki bu ölkədə su təmizləyən qurğular var. Doğrudur hər bir ərazinin, şəhərin su təmizləmə sistemi bu prinsipə eyni səviyyədə əməl etmirlər. Lakin bütövlükdə götürsək, bu ölkədə su təmizdir. Suyun saflaşdırılması fransızlara baha başa gəlir. Onlar hər ay kommunal xərclərə təxmini 200 avro pul ödəyirlər. Buna görə də hazır içməli su almırlar. Hətta restoran və kafelərdə qrafin dolu kran suyu sifariş etsəniz pul xərcləmirsiniz.

Bundan əlavə parklarda tez-tez hevanlarla eyni krandan su içən azyaşlıların şahidi ola bilərsiniz. Bu fransızlar üçün adi hal sayılır.

Nahar vaxtı qaçırlar

Əksər fransız ofislərində, banklarda və dövlət müəssisələrində nahar fasiləsi adətən 2 saat davam edir. Bu işçilərini düşünən rəhbərliyin ən yaxşı təşəbbüsüdür. Fransızlar ailəvi naharlara çox böyük üstünlük verirlər. Onlar nahar fasiləsinə evə gəlir, birgə nahar edirlər. Sağlam həyat tərzinə üstünlük verənlərsə bu boş zamandan istifadə edib, yürüş edirlər. Parklarda yol kənarları ilə qaçırlar.

Bu mənada rəqəmsal texnikanın sürətli inkişafı fransızlardan qismən də olsa yan keçib.

Onlar kütləvi şəkildə istirahətə gedirlər

Fransızların məzuniyyəti çoxlarının paxıllıq mənbəyidir. Onların məzuniyyət müddətləri adətən 25 gün yəni 5 bütöv həftədən ibarətdir. Həftəlik iş saatı 35 yox 39 saat olan işçilərinsə şansı daha çox gətirib. Belə ki, onlar daha çox məzuniyyət günləri əldə edirlər. Avqust ayı adətən bu ölkədə isti keçdiyi üçün insanlar kütləvi məzuniyyətə gedirlər.

Будь готов :-)

Qonaqlığa öz şərab şüşələrilə birgə gedirlər

Əgər sizi fransızlar qonaq dəvət ediblərsə, 1 şüşə şərab alıb apara bilərsiniz. Bu hədiyyə getdiyiniz ailənin çox xoşuna gələcək. Çox vaxt qonaqlığa ev sahibliyi edən ailə yeməklərin siyahısından hərkəsi xəbərdar edirlər. Qonaqlar da buna uyğun şərab seçimi edirlər. Fransızların sevimli hədiyyələrindən biri də gül və çiçəklərdir.

Pendir mədəniyyəti

Fransızlar pendirə xüsusi həssalıq və sevgi ilə yanaşırlar. İstənilən fransızın soyuducusunda ən az iki növ pendir olur. Fransada 400-dən artıq pendir növü istehsal olunur. Onların hər biri müxtəlif damaq dadları üçün nəzərdə tutulub. Fransızlar üçün pendir qəlyanaltı deyil bütöv bir mədəniyyət, sevimli yeməkdir. Pendir adətən fransız süfrələrinə yeməkdən sonra, desertdən öncə gəlir. Çox vaxt yanında qoz və üzüm də qoyulur. publika.az

9 национальных особенностей жителей Франции которые нам не понять


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>