Gizli toplantı: Putin mühüm xəbəri açıqlayacaq | SON XƏBƏR | SON XƏBƏR

Gizli toplantı: Putin mühüm xəbəri açıqlayacaq

putin-kameralar-onunde-bakanina-firca-atti-h1502895400-801701_300x168Vladimir Putin növbəti il keçiriləcək prezident seçkiləri ilə bağlı namizədliyini noyabr ayında açıqlayacaq.

Bu barədə “Kommersant” qəzeti Putinə yaxın mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, dövlət başçısı dekabr, yaxud yanvar ayının ilk günlərində müstəqil olaraq namizədliyini irəli sürəcək.

Nəşr iddia edib ki, sözügedən məsələlərlə bağlı gizli toplantılar keçirilib.

Belə ki, birinci mərhələdə Putin namizədliyini təsdiq edəcək və bu qərar xalqa çatdırılacaq. Kreml rəhbərinin ictimai toplantılarda iştirak edəcəyi də istisna edilməyib.

İkinci mərhələdə isə Putinin namizədliyi ilə bağlı texniki prosedurlar həyata keçiriləcək.

Qeyd edək ki, 2018-ci ildə Rusiyada baş tutacaq prezident seçkilərinin dəqiq tarixi bəlli deyil.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>