Güneydə etiraz: türklərin hüququ təmin edilənədək... | SON XƏBƏR | SON XƏBƏR

Güneydə etiraz: türklərin hüququ təmin edilənədək…

ruhani2İranda milli fəallar Azərbaycan türklərinin ana dilində təhsil hüququndan məhrum edilməsinə etiraz olaraq vərəqələr yayıblar.

Sentyabrın 22-də yayıldığı bildirilən bildiriş vərəqələrinə şəhərin müxtəlif məntəqələrində rast gəlinir. Bildiriş vərəqəsində azərbaycanlıların 1 əsrdir ki, öz dilində təhsil almadığı xatırladılır:

“Mehr ayı gəldi, yenə də təhsil ocaqları fəaliyyətə başlayır. Fars xalqından fərqli olaraq, təxminən 1 əsrdir ki, bizim uşaqlarımız ana dilində təhsil almaq huququndan məhrum edilib. Həsən Ruhani verdiyi vədlərə rəğmən bizim təxminən 1 əsrdir qadağan edilmiş dilimizi azad edə bilmədi, daha doğrusu, bunu etmək istəmədi.

Azərbaycan Milli Hərəkat fəalları Azərbaycan türk millətinin milli və mədəni hüquqlarının bərpası istiqamətində mədəni mübarizəsini davam etdirərək etiraz səsini hər gün daha da yüksəldəcək. Bu vəziyyət türk millətinin hüquqları təmin olunanadək davam edəcək”.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>