Gürcüstan yeni Konstitusiya qəbul etdi | SON XƏBƏR | SON XƏBƏR

Gürcüstan yeni Konstitusiya qəbul etdi

parlament_gurcustan_298x187Gürcüstan parlamentinin növbədənkənar iclasında üçüncü və son oxunuşda böyük səs çoxluğu ilə ölkənin parlament respublikası idarə üsuluna keçməsi ilə bağlı Konstitusiya düzəlişləri qəbul edilib.

Qərarın lehinə 117, əleyhinə isə 2 millət vəkili səs verib.

Konstitusiyanın yeni versiyasını Prezident Georgi Marqvelaşvili, müxalifət və bir sıra qeyri-hökumət təşkilatları dəstəkləməyib. Onlar danışıqlar zamanı öz versiyasını irəli sürüb.

Qeyd edək ki, Gürcüstanın parlament idarə üsuluna keçidini nəzərdə tutan Konstitusiya düzəlişi Dövlət Konstitusiya komissiyası tərəfindən təklif olunub.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>