Jirinovski: “Moskvada Maydan təşkil edəcəyəm” - Video | SON XƏBƏR | SON XƏBƏR

Jirinovski: “Moskvada Maydan təşkil edəcəyəm” – Video

jirinovski_300x167Rusiyada yerli şuralara keçirilən seçkilər biabırçılıqdır.

Bunu Rossiya-1 televiziyasında çıxışı zamanı Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib. Hakim Vahid Rusiya Partiyasının nümayəndəsini hədələyən Jirinovski Rusiyada Maydan təşkil edəcəyini bildirib:

“Sizin seçkilər biabırçılıqdır. Bizə nə qədər çox təzyiq etsələr, o qədər güclü birləşəcəyik. Biz sizə elə Maydan təşkil edəcəyik ki, Kiyevdə olanları giləmeyvə kimi görəcəksiniz. Bizimlə ordu və FSB də olacaq. Onlar da sizin təzyiqlərinizdən yorulublar”.

Qeyd edək ki, bir neçə gün öncə Rusiyada 16 bölgədə qubernator və regional parlament seçkisi keçirilib. Seçkidə əsas üstünlüyü Vahid Rusiya Partiyası qazanıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>