Kəndimizin son günü (82-ci yazı) | SON XƏBƏR | SON XƏBƏR

Kəndimizin son günü (82-ci yazı)

1462430011_teylor-f-300x225-300x15182-ci Fəsil

Yaddaşımızda, gözlərimizin didəsində dəfn olunmuş Novruzlunun əziz xatirəsinə.

Eyni adlı kitabımızdan fəsillər.

Hə, deməli arteziandan gələn, təhlükəli, məşəqqətli uzun yollar keçib gələn arxın axır duracağı bizim həyətlər olduğundan su çıxandan sonra qohum-qonşu da həyət-bacasını suvarardı. Həyətlərimizin elədə böyük ərazisi olmadığından su qıjof gəlsəydi, xiyabanlar dolub, daşandan sonra, çəpərlərin dibi göllənəndə qulağı İbiş dayıgilin həyətinə dəyişər, İbiş özü olmasada xiyabanlar kiçik olduğundan həyat yoldaş Xavər xala üçün suya nəzarət etmək, çətinlik yaratmazdı ki, iydənin böyür-başından yola sızmasın.

İbiş dayının da həyəti suyunu alandan sonra Məhəmmədəli dayının həyətinə dolaynan aradakı qara əncirin dibindən keçən arxa suyun axarını dəyişərdik. Qısa zaman çəçivəsində ətrafadı üç-dörd həyətin, Qasımov İnkişaf Əliş oğlunun da bağ-baxçasına bizim evin qarşısındakı elədə dərin olmayan arxla artezianın suyunu buraxardıq ki, özü evdə olmasada qoçaq Gilənin həyət-bacanın su problemini rahat həll edəcəyinə, inanıb bilərdik.

Əgər vaxr dar olmasa, Müştəba xalanın həytinin başındakı keçələtdən suyu Bəbir dayı gil tərəfə ötürərdik ki, onlarda, arxın qabağında olan həyətlər, Əkbər dayının, Hüseyinqulu dayı gildə çəyinliklə gəlib çıxmış sudan bəhrələnib, həyət-bacalarını suvarsınlar. İndi keçək təz həyətlərimizə gələn arxın marşrutuna, artezianın Bəyim xalanın həyətinə səmtlənən hissəsində ki, bağlarda təkəm-seyrək, çəkil, ərik, alça, qoz, qareylələrə sarmaşmış qızıl üzüm, mərəndi, ağadayı, gəlinbarmağı digər candərmanı üzümlər gün döyəndə olduğundan dadından doymaq olmazdı. Hələ yetişəndə paçallayan cır narları demirən, yalan olmasın, indi azqaıla qızıl qimətinə satılan Göyçay narından yeməli olardı. Əriklər xırda olsada, ləzzətindən dotmaq olmaz, çəyirdəyini qıraraq bal kimi ləpəsinidə yiyənin gözlərinə işp1, qollarına güc gələrdi.

Tikanlı qareylələr meyvəsi yetişəndə azqala qol-budağını yerə qoyduğundan ağacları həsrətli-həsrətli qucaqlamış tənəklərdə ki, üzümlər görünməz, bar-bəhər bir-birənə qarışardı. Hələ cır əzgillər, dünyanın ən dadlı, ləzzətli meyvəsi, payızın sonuna yaxınnaşanda, yarpaqlar xəzələ dönərək ağacların dibində təbiətin özünün yaratdığı xiyabanlarda sap-sarıya çalaraq ayaqlar altında xışıldayanda yetişən, lalıqlayan balaca meyvələr xamırlaşar, əldə durmaz, ağızda əriyərdi. Bu təsvir eləyə bildiklərim Bəyim xalanın həyət-bacasının söykəndiyi, otunu Silyan müəllimin çalıb xotmaladığı (Silyan müəllim Bəyim xalanın oğlu idi) balaca talada olan dünya möcüzələei idi. Həələ gör bağların dərinliyində nələr, nələr, təbiətin qoynunda süzülüb gələ behişt-cənət, mer-meyvəli əliçi boyda açan bağgülülər, qızıl gülər, itburnuların sap-sarı gülləri, xəzəlin arasından qorxa-qorxa boylanan, incə bənöbvşələr, danaqıranlar, Ətirli yoşanlar, qarğasoğanı adlanan göy çiçək açan yumru meyvəli bitkilər, Uca boylu ağaclardakı meyvələrdəndə ötən fəsillərdə danışmışıq, ağacların qol budaqlarınsa sanki allı-güllü meyə xalçaları açılar, dünyaya, aləmə, azqala göylərdə meydan oxuyardılar. Bağ-bağatın şirin xatirələri o qədər çoxdur ki, məni, mənlə bərabər qələmi, ağkağızları elə çəkib aparır ki, azqala udunaraq başladığım Daşlıtəpə artezianının həyat hekayəsindən də bəzən fərqinə varmadan uzaqlaşıram.

Bağların dörd bir tərəfinə dolanan, qıraqlarında, şax-şəvəllər bitmiş dərin arxlarda şax-şəvəlli, xəzəlləri aralayıb topa-topa qoz, (bəzən fındıqda tapardıq) əzgil yığar əl çatımda üzüm salxımları qalmış olsa bandaxlayardıq. Bu dərin arxlara mənbəyini bilmədiyimiz məcralardan sel suları necə gələrdi, nəvaxt xiyabanlar dolub-daşardı, bu möcüzənin sirrini çözə bilməzdik. Yazağzı səhər o başdan bağlara yaylıma mal-qaranı, qoyun-quzunu aparanda ağacları azqala boğazına qədər suyun içində, Xiyabnları da dolmuş görərdik. Xiyabanlara üz söykəyən lilli-lehməli suyun içi çiləkənlərlə dolu olsrdı. Heçbir kebrə verilməyən, aqrotexniki qaydada qulluq edilməsədə bağlar pərmuda, azqala əsrimizlə yaşıd ağaclar sağlam mer-meyvəsidə qurdsuz olar, çürüməzdi. Sonralar bu möcüzəli ağacların qulluq olmasada, sağlam, mer-meyvəni bol gətirməsinin səbəblərinin kənd təsərrüfatı mütəxəssislərinin sual verərkən onlar bunun sirrini təbii kübrələnmə, yəni xəzəllərin çürüməsinin, çır-çırpı qırıntılarının, bağlarda otlayan mal-qaranın, qoyun-quzunun özlərindən sonra buraxdıqları təbii peyinlər, qurd-quşların ifrazatı təbiətin aqrotexniki qaydası kimi hardansa idarə olunaraq bu lazımlı prosesi həyata keçirərək bağ-bağatın sonda sağlamlığını təmin edər, yığıldıqca qurtarmayan bol məhsulun əsasını qoymuş olardı. Nəisə, danışdıqca xatirələr çözələnir, o bəxtəvər illərin, günlərin ilğıma dönmüş, sapsarı öləziyən işıqları məni arxlarımızdan danışmaqdan azca aralı salsada irəliləyən kitabımızın gələn fəsillərində mütləq o suların ardınca çiynimizdə bel yürüməkdə davam edəcəyik. Nələr, nələr.

Teylor Fətişoğlu

Ardı var.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>