Kəndimizin son günü (83-cü yazı) | SON XƏBƏR | SON XƏBƏR

Kəndimizin son günü (83-cü yazı)

1462430011_teylor-f-300x225-300x15183-cü Fəsil

Yaddaşımızda, gözlərimizin didəsində dəfn olunmuş Novruzlunun əziz xatirəsinə.

Eyni adlı kitabımızdan fəsillər.

Təbiətin öz-özünə qidalanması sonda mer-meyvənin ləzzətinə hopar doyulmaz edərdi. İsanın talasına uzanan araba yolu ilə maşınlar hərəkət edər, üzüm bağlarının ehtiyaclarını ödəyərdilər. Məhsul yığılıb qurtarandan sonra üzüm bağlarına adətən ura yığmağa gedənlərin əliboş qayıtmağı demək olar ki, mümkün deyildi. Hər cərgədən vedrə-vedrə dəricilərin gözündən yayınaraq yaşıl yarpaqların arasında gizlənib qalmış təbrizi, bayan, rakastil salxımlarını yavaşca tənək qayçısı ilə üzərək vedrələrə səliqə ilə yığar, sonra da kənarda saxlanan arabalardakı daha iri qablara boşaldaraq axşama qədər əməlli yükünü tutanların sevinclərinin həddi-hüdudu olmazdı.

Kəndə gətirəndən sonra üzüm salxımlarını səliqə ilə əzmədən evin üstünə qaldıraraq yerə döşənmiş biyanların üstünə sərər, bir neçə salxım budaqda bir yerdə olardısa ayırmadan bir yerdə dərərək, taxtapuşun dirəyindən nar, heyva, armud, xurma topalarının yanından asardılar. Meyvə topalarının yarpaqları soluxub tökülsədə meyvələr indi dərilmiş kimi qışın sonuna qədər budaqlarında qalardılar. İsanın talasına gedən araba yolunun kənarlarındakı cır narlar, çəkillər, bir az yuxarıda isə yetişəndə cıbrıxlanıb yola tökülən qoz ağacı, bağın çəpərinin içində bitmiş itburnular, bağgülülər, qareylələr, cır əzgillər ayrı tamaşa idi. Çəpər boyu yazağzı kükrəyib qalxan dağ kişnişləri, quş əppəyiləri, cincilimlər, əmənköməncilərin, qulançarların, ağ mərəçöyüdlərin qovurması, dovğası, kətəsi can dərmanı idi. Niyə Allahın bizə xoş saatında bəxş etdiyi bu təbiət möcüzələrini demək olar ki, hər fəsildə yorulmadan təsvir edirəm. Dünya bir pəncərədir, gələnlərin, gedənlərin baxdığı bu pəncərədən biz ötənlərdə qalmış tanrı möcüzəsi bağ-bağatlarımızın dadını çıxartmaqdan doymadan əlvida deyərək yağı tapdağına sərənlərə əlimizdən heçnə eləmək gəlmədiyindən ürəyimizdə, qəlbimizdə yas tutaraq içimizi-içalatımızı parçalasaqda, sonda əlimiz heçnəyə çatmadığından yoxluğu ilə, heç olmayıbmış kimi barışası olduq. Barı heç olmasa gələn nəsillər, əsirlikdə dəfn olunmuş el-oba haqqında, Allahın bizlərə səxavətlə bəxş etdiyi, qədrini-qiymətini bilmədiyimizdən indi həsrət qaldıqlarımız, təbiət möcüzələrindən yazılanlar, vərəqlənən xatirələrlə xəbər tutaraq yaddaşlarına həkk etsinlər. Bu kitabın belə geniş, kol dibində bitmiş dünənimizdə etina etmədiyimiz, bugün isə, zərif, qüssəli, boy-buxununa, vaz keçilməz ətrinə-qoxusuna, dadına-tamına həsrət qaldığımız hər bitkidən, güldən-çiçəkdən, dadından doyulmayan meyvələrin hündür budaqlarında öpüşdüyü hər ağacdan, danışmağımızın bax səbəbi də heç olmasa yaddaşlarımızda kodlaşmasına imkan verməməkdir. Üzüm bağlarının məhsulu yığılandan sonra, təbii ki, urası da dənlənərdi, kələsərlər xüsusi tənək qayçısı ilə budanar, uzanan zoğlar, məxsusi iplərlə məftillərə bağlanar, cərgə aralrı şumlanar, aşmış beton dirəklər, qırılmamış olsa təzədən basdırılardı.

Kələsərliklərin arasında toplanmış çırpı topaları traktorlara qoşulmuş lapetlərlə kəndə daşınar, təndirə qalanardı. Kələsərlərə beton dirəklər Şahbulaqda o zaman cəza almış insanların işlədiyi sexlərdən daşınıb gətirilərdi, səksən, doxsan, standart kiloqramlıq bu beton dirəkləri maşınlardan boşaltmaq, sonra çiynində daşıyıb cərgələrin arasına yığmaq, yeniləmək elədə asand iş deyildi. Xüsusi brezent əlcəklər geysələrdə fəhlələrin əli suluq atardı.

Kitabımızda ötən əsrin Azərbaycanının 1980-cı illərindən sonrakı dövr, dünya dərkinə bağ vurduğumuz zaman olduğundan hər adi görünən nüansında ətrafından keçməyimiz, tək bir elin-obanın, rayonun təsvirlərindən kənara çıxmağımız, həmin dövr xalqımıza qənim kəsilmiş şər nəfəsli ermənilərin cəmləşdiyi, Stepanakertdən xəyal ürünü olmayan, reallıqlara söykənən etüdlər, umulması mümkün olmayan ilahi eşqlər, kitabımızın əsas qəhramanı olan türk tələbə ilə ermənilikdən saf, gözəl vücudunda heçnə olmayan, bu pisliyi yalnız rəsmi kimlikdə daşıyan gözəl Nonanın saf məhəbbətindən ona görə ətraflı danışırıq, hadisədən-hadisəyə, xatirədən-xatirəyə, nizam-düzəm gözləmədən adlayaraq məlum yazı sterotinlərini bəzən bilə-bilə pozuruq ki, faciələrimizə gələn, yola qanlı erməni tufanının xoşbəxt, bəxtəvər üfüqümüzdə ilk boğanaqlarının üstünə hızlı gedirik ki, bizdən sonra gələnlərin qara qutumuzdakılardan tam xəbərləri olsun, heç olmasa tarixə hopan qanlı keçmişin kodlaşmasına, unudulmasına imkan verməsinlər.

Faciə o zaman dünya dərkində tarixləşir ki, onun unudulmağa qoymurlar, çəkic mismarı döyəcləyən kimi qafalara, beyinlərə, şüurlara yeridirlər, özü də bizim dünya düzənində analoqu olmayan böyük faciəmizin artıq iyirmi beş ildən adlayan tarixi. Bu kitabda bir xatırlatma da yerində olacaq: Mənim, xalqımın, ölkəmin, Prezidenti, Ali Baş Komadanı cənab İlham Əliyevə ona görə sayğım, böyük hörmətim var ki, bu faciədən danışanda az qala özünün hissini, həyəcanını saxlaya bilmir, artıq var olan Azərbaycan ordusunun xırdaca bir uğurundan da köksü dağ kimi qabarır. Bax budur Ali Baş Komandan, Dövlət Başçısı. Əlavə şərhə ehtiyac görmürəm, kitabımızın gələn fəslində də su kimi axan bu mövzunun davamı gələcək. Nələr, nələr.

Teylor Fətişoğlu

Ardı var.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>