Kəndimizin son günü (86-cı yazı) | SON XƏBƏR | SON XƏBƏR

Kəndimizin son günü (86-cı yazı)

1462430011_teylor-f-300x225-300x15186 Fəsil

Yaddaşımızda, gözlərimizin didəsində dəfn olunmuş Novruzlunun əziz xatirəsinə.

Eyni adlı kitabdan fəsillər.

Kvant nəzəriyyəsini, ən son riyazi yenilikləri, elə də ucqar olmasada hər halda kənd olan, mobil telefonun, internetin olmadığı dövrdə, paytaxtdan azından 400 km uzaqlıqda yerləşən məkanda abunə yazıldığı Moskvadan xüsusi olaraq gətirtdiyi elm dərgiləri vasitəsi ilə işləyən Fətiş Məhəmməd oğlu ensklopedik biliyə, fenomen, unikal istedadlı, geniş dünya dərkinə malik işıqlı ziyalı idi.

Fətiş Məhəmməd oğlunun uzun illər müəllimlik etdiyi Mərzili məktəbində məhz bu tələbkar ziyalının zəhməti olaraq riyaziyyat ən çox sevilən fənn olmuş, ali məktəblərə də üz tutan tələbələr məhz bu ixtisası seçərək sonralar məşhur alimlər kimi yetişirdilər. Mərzili camaatı onun xatirini çox istəyərək, balalarına canıdildən elm-ürfan öyrədərək elmin-biliyin, zəkanın zirvələrinə bələdçilik edən bu işıqlı ziyalının, böyük elm xadiminin, nər kişinin xeyirxah əməllərindən həmişə danışaraq rəhmət oxuyurlar. Bağında işləməyi çox sevən Fətiş Məhəmməd oğlunun qəribə calaq eləmə üsulları var idi. Yazağzı calaq dövrü bağın səliqəli xiyabanlarında üstü çırçırpı ilə örtülmüş, torpaqlanmış balaca təpələrə rast gəlmək olardı. Məsləhət bilmədiyi, xoşuna gəlməyən ağacı kəsər, kötüyünü səliqə ilə hamarlayıb, digər ağacdan kəsdiyi qələmləri çərtilmiş kötüyə sancdıqdan sonra, sivrimlə sarıyaraq 011-Jiqulisinin işlənmiş rezin kamerləri sarıdıqdan sonra, böyür-başını torpaqlayıb, üstnü də yuxarda qeyd etdiyim kimi çırçırpıynan çəpərləyərdi ki, təsadüfən qışda qoyun-quzu örüşə gedə bilməyəndə qarın altından otdan-ələfdən birşey tapıb yemələrindən ötrü canından artıq sevdiyi bağa buraxanda calaqlara xətər yetirməsinlər.

Yaazağzı havalar azca isinəndə calaqların üstünü səliqə ilə açaraq böyür-başını səliqə ilə təmizlər, tumurcuq tutmuş qələmlərə baxıb sevindiyindən sanki dünyanı ona verərdilər. Fətiş Məhəmməd oğlu texnika həvəskarı olduğundan ötən əsrin yetmiş beşində son buraxılış olan 011 markalı Jiquli maşınınıda kəndimizə birinci o alıb gətirdi. 57-64.AQJ nömrəli bu maşında onun amansız qatilinə çevrilərək cavan ömrünə balta çalaraq son qoydu. Riyaziyyatdan hazırlaşdırdığı, gələcəyinə böyük ümid bəslədiyi qonşu kənddən olan tələbəsini Stepanakertə qəbul imtahanına apararkən (həmin institutun müəllimləri Fətiş Məhəmməd oğlunun savadına, zəkasına yaxşı bələd olduqlarından onu hazırlaşdırdığı, adı üstündə olan tələbəyə dolaşdırıcı, yanılatmac suallar verməzdilər ki, sonralar başları ağrımasın, bilirdilərki dəfələrlə qəbul imtahanlarında müəllim kimi iştirak etdiyindən bu prinsipial kişi müxtəlif kələklərinə də yaxşı bələd olduğundan yaxalarından əl çəkməyərək hansı yolla olsa da sona qədər gedib ədaləti bərpa etdirəcək. Ona görədə sonra çəkəcəkləri əzyəti bəri başdan sığortalayaraq tələbələr arasında Fətiş Məhəmməd oğlunun əlindən su içənə rast gələn kimi, ildırım sürəti ilə yazı lövhəsində riyazi məsələləri, misalları, düsturları həll edən tələbənin qiymətini yazaraq sakitcə yola salardılar. Tələbəni institutun qarşısında gözləyən Fətiş Məhəmməd oğluda nəticəni bildiyindən aldığı qimətin sevincini yaşayan cavanı maşınına əyləşdirib gətirərdi) faciə, qanlı tale oyunu da Fətiş Məhəmməd oğlunu və imtahanlara apardığı cavanları da Xocalıdan azca yuxarı, Stepanakertə çatmamış yaxaladı.

Sübh tezdən Stepanakert-Bakı marşrutunda hərəkət edən əslən Bakıdan olan sürücünün idarə etdiyi Ekarus avtobusu öz yolu ilə hərəkət edən, Fətiş Məhəmməd oğlunun idarə etdiyi 57-64.AQJ nömrəli Jiqulinin üstünə çıxaraq, sözün əsil mənasında yerə yapışdıraraq salondakıların hamsının ömrünə balta çalaraq dünyalarını qaraya boyadı. Fətiş Məhəmməd oğlu ilə həlak olan cavanların valideynləri övladlarından çox desəm ki, bu nər kişinin, dəyərli ziyalının faciəli ölümünə yanırdılar, sözlərimi o illər yaşayanlar yəqin təsdiq edərlər.

Ötən əsrin Fenomen, dəyərli, ləyaqətli, küllü Qarabağın, bütöv Azərbaycanın səmasında işıqlı ulduz kimi parlayaraq, qəfləti sönsədə parlaq xatirəsi ellərimizin-obalarımızın yaddaşında bir ömür yaşayaraq, rəhmətlə anılan xeyirxah əməllərinin hər biri qalın cildli kitabın mövzusu olan cənnətməkan Fətiş Məhəmməd oğlunun ruhuna fatihə deyərək, bu nər kişinin də həyat hekayətindən danışmağa hələlik nöqtə qoyuram. Məkanı cənnət, torpağı yumşaq olsun, elin-obanın ləyaqətli, dəyərli ziyalısının, Fətiş Məhəmməd oğlunun!

Kitabımızın bu fəslində Mingəçevirdən xəbər gəldi ki, yaddaşımızda, gözlərimizin didəsində dəfn olunmuş Novruzlu adlı kəhkəşandan bir nurlu ulduzda sönüb, sonsuzluğa qərq olub. Ellərimizin-obalarımızın ləyaqətli ağsaqqalı olmuş, yaşadığımız günlərdə Bakı şəhərində 120 yaşında dünyasını dəyişmiş Sadıqov Məhəmmədin sonbeşik qızı, Maral xanım cavankən dünyasını dəyişərək haqqa qovuşub, bacı və qardaşlarının nigaran ruhlarına tələsib. Maralla, Məhəmməd kişinin balaları ilə bir məhlədə, çəpər qonşusu olaraq böyüdüyümüzdən xətri mənə bacılarım qədər əzizdir sözlərim içimdən gəlir. Yaxın qohumu, Mingəçevirin, küllü Qarabağın ləyaqətli kişilərindən olan Məmmədov Əsgər Muxtar oğlu ilə ailə həyatı quraraq sayılıb-seçilən övladlar böyütdülər qoşa, mehriban yaşadılar uzun illər ərzində. Sönən ulduzların yenidən parlaması möcüzə olmasada cismən dünyamızı tərk edənlərin, əzizlərimizin dönüşü isə möcüzələr həmişə baş vermir. Əziz bacım Maral Məhəmməd qızının vəfatından kədərimi bildirərək, Əsgər Məmmədova dərin hüznlə baş sağlığı verərək səbir diləyirəm. Kitabımızın gələn fəsli biraz fərqli olacaq. Nələr, nələr.

Teylor Fətişoğlu

Ardı var.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>