Putin ABŞ-a adam göndərdi – Məxfi razılaşma təklifi | SON XƏBƏR | SON XƏBƏR

Putin ABŞ-a adam göndərdi – Məxfi razılaşma təklifi

putin_rasskaza_300x170Rusiya Prezidenti Vladimir Putin aprel ayında Vaşinqtona xüsusi nümayəndəsini göndərərək, münasibətlərin normallaşdırılmasını təklif edib.

Bu barədə “Buzzfeed” informasiya yayıb.

İddiaya əsasən, təklifdə Rusiya və ABŞ arasında diplomatik və hərbi kommunikasiya kanallarının, habelə iki ölkənin kəşfiyyat xidmətləri arasında əlaqələrin bərpasına çağırış yer alıb. Vaşinqtonla Rusiya arasında Əfqanıstan, İranın nüvə problemi, Ukrayna ətrafında baş verən hadisələr və Şimali Koreya təhlükəsi barədə ikitərəfli görüşlər keçirilməsi nəzərdə tutulub. Münasibətlərin normallaşdırılmasının növbəti mərhələsi kimi iki ölkənin təhlükəsizlik xidmətlərinin və Müdafiə nazirliklərinin yüksəkrütbəli nümayəndələrinin görüşlərinin keçirilməsi təklif edilib.

Məlumata görə, hazırda Rusiyanın təkliflərinin çox az bir hissəsi reallığa çevrilib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>