“Retro Bakı” layihəsi çərçivəsində növbəti konsert | SON XƏBƏR | SON XƏBƏR

“Retro Bakı” layihəsi çərçivəsində növbəti konsert

retro-baki_300x185Sentyabrın 8-də Fəvvarələr meydanında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin təşkilatçılığı ilə keçirilən “Retro Bakı” layihəsinin növbəti konserti təqdim olunub.

Budəfəki “Retro Bakı”nın qonaqları - tanınmış müğənnilər İlqar Sail, Samir Rəcəbov və Elxan Çələbi, reper Anar Nağılbaz maraqlı repertuarla tamaşaçıların görüşünə gəliblər.

Qeyd edək ki, layihə əhalinin və turistlərin asudə vaxtının xoş keçməsi, Azərbaycan musiqi incilərinin, korifey bəstəkarların əsərlərinin səsləndirilməsi məqsədini daşıyır.

Konsertdə, həmçinin “Köhnə Bakı” rəqs qrupunun çıxışı xoş əhvali-ruhiyyə yaradıb, qonaqlar da paytaxt sakinlərinə qoşularaq şən musiqi sədaları altında rəqs ediblər.

Konsertlər hər həftə cümə və şənbə günləri sentyabrın 15-dək davam edəcək.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>