Sunami zamanı batmış QƏDİM ŞƏHƏR tapıldı | SON XƏBƏR | SON XƏBƏR

Sunami zamanı batmış QƏDİM ŞƏHƏR tapıldı

pic_56c0c61261745b7330437d1d9d7b1e9d_300x169Tunisin Milli Miras İnstitutunun arxeoloqları 21 iyul 365-ci ildə baş vermiş sunami nəticəsində dağılmış qədim Roma imperiyasına məxsus olan Neapolis şəhərinin sualtı xarabalıqlarını aşkar ediblər.

Tədqiqatçılar küçələr, abidələr, həmçinin balıq souslarını qoruyub saxlanılması üçün nəzərdə tutulmuş çənlər aşkar ediblər. Bu haqda "ScienceAlert" nəşri məlumat yayıb.

Şəhərin xarabalıqları 20 hektarda uzanır və Tunisin şimal-şərqində Nabulya şəhərinin yanında yerləşir. Neapolis bizim eradan əvvəl beşinci əsrdə salınmışdı. Onun adı yunancada "Yeni şəhər" mənasını verir. Tarixçilər hesab edirlər ki, şəhərin bir hissəsi zəlzələ nəticəsində yox olub, hansı ki, 2 təkandan ibarət və maksimal maqnitudası 8 bal idi. Qəza nəticəsində Krit adasının bəzi hissələri də 10 metr sürüşüb.

Batmış şəhərin xarabalıqlarının axtarışları 2010-cu ildən etibarən aparılırdı. Ekspedisiyanın rəhbəri Munir Fantarın (Mounir Fantar) sözlərinə görə, tapıntı alimlərə inamla iddia etməyə imkan verir ki, şəhər qədim Romanın ticarət mərkəzlərindən biri olub və orada əsasən duzlu balıq istehsal edilirdi.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>