Təbrizin imam cüməsi: "Azәrbaycanın yeri bizim qәlbimizdә hәr zaman yüksәkdir" | SON XƏBƏR | SON XƏBƏR

Təbrizin imam cüməsi: “Azәrbaycanın yeri bizim qәlbimizdә hәr zaman yüksәkdir”

ab772f00-7cf2-41d2-899f-376be9942b81_292Təbrizin imam cüməsi Seyid Məhəmməd Əli Haşimi azərbaycanlı jurnalistlərlə görüşüb.

Report-un Təbrizə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, o, çıxışında Azərbaycanla İran arasındakı əlaqələrdən söz açıb.

O qeyd edib ki, iki dövlət hər zaman bir-biri ilə yaxşı münasibətdə olub, bundan sonra da belə olacaq: "Azərbaycanın mərhum prezidenti Heydәr Əliyev bu evdә Ayәtullah Mәlakuti ilә görüşüb. Bizim qәlbimizdә Azәrbaycanın yeri hәr zaman yüksәkdir. Düşmənlər çox çalışırlar ki, sizi bizdən ayırsınlar. Bu səbəbdən çox diqqətli, iradəli olaq ki, düşmənlərin cəhdləri baş tutmasın. Təbii ki, onlar heç vaxt buna nail ola bilmirlər. Çünki biz iki millət olaraq bir-bizimizə sıx bağlıyıq".

Seyid Haşimi dövlətlərarası münasibətlərdə media işçilərinin rolundan da danışıb. O, Azərbaycanın istər televiziya, istər qəzet və saytlarının bu işdə məsuliyyətinin böyük olduğunu vurğulayıb: "Sizlər iki dövləti, milləti bir-birinə yaxın edə, qardaşlığı daha da artıra bilərsiniz".


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>