“Tarix dəqiq deyil, amma mütləq olacaq” – Türkiyə səfiri | SON XƏBƏR | SON XƏBƏR

“Tarix dəqiq deyil, amma mütləq olacaq” – Türkiyə səfiri

sefir_izrael_280x187Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Türkiyə və Azərbaycanın birgə hərbi təlimləri, həmçinin, Prezident Rəcəb Tayyip Ərdoğanın Bakıya planlaşdırılan səfəri barədə danışıb.

Səfir iki ölkə arasında hərbi əməkdaşlığın artırılmasının vacib olduğunu qeyd edib: “Hərbi əməkdaşlığın gücləndirilməsi üçün Türkiyə və Azərbaycan Silahlı Qüvvələri daha da yaxınlaşmalı, işbirliyi artırılmalı və birgə təlimlərin keçirilməsi intensivləşməlidir. İnşallah, hərbi əməkdaşlıq daha da yüksək səviyyədə inkişaf edəcək”.

E.Özoral Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Bakıya səfərinin dəqiq informasiya olduğunu vurğulayıb. “Hələlik tarix dəqiq deyil, amma mütləq olacaq”, - deyə səfir bildirib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>