“Vaşinqton post”un yanaşması tam absurddur – Əflatun Amaşov | SON XƏBƏR | SON XƏBƏR

“Vaşinqton post”un yanaşması tam absurddur – Əflatun Amaşov

eflatunamasov-1Jurnalist peşəkar olmalıdır, peşəkarlıq isə qərəzsizliyə söykənir. Həssaslıq da mühüm şərtdir. Bu mənada “Vaşinqton post”un təqdimatı tam yarıtmaz xarakter daşıyır. Mövcud dəst-xətt heç şübhəsiz siyasi amillərlə bağlıdır.

Bu sözləri Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib.

Onun sözlərinə görə, “Vaşinqton post” kimi nüfuzlu nəşrin Azərbaycanla bağlı tutduğu mövqe təəssüf doğurur: “Zaman-zaman belə halların az şahidi olmamışıq. Bu gün də eyni kampaniya aparılmaqdadır. Məqsəd bəllidir - Azərbaycanın beynəlxalq imicini ləkələmək, onun dövlət başçısının nüfuzuna zərbə vurmaq. Hesab edirəm ki, ölkə ictimaiyyətində bu cür uğursuz cəhdlərə münasibətdə tutarlı immunitet formalaşıb. İnsanlarımız reallıqları görürlər və düzgün qiymət verməyi bacarırlar. “Vaşinqton post”un jurnalistlərin dövlət tərəfindən mənzillə təmin edilimələrinə toxunması, məsələ ilə “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsi arasında paralellər aparması tam etikadan uzaqdır. Bir qədər öncə jurnalistin həssas olmasının vacibliyini təsadüfən vurğulamadım. Düşünürəm ki, “Vaşinqton post” məhz bu məqama həssas yanaşmalıydı. Ona görə ki, burada ittiham edilən tərəf həm də Azərbaycan jurnalistləridir. Dövlət ümumilikdə 411 jurnalisti mənzillə təmin edib. “Vaşinqton post”un nəzərində 411 jurnalist mənzili rüşvət kimi qəbul edib. Yanaşma tam absurd və ziddiyyətlidir”.

Əflaun Amaşov qeyd edib ki, dövlətin jurnalistikaya təmənnalı münasibət bəsləməsinə hətta nəzəri cəhətdən belə ehtiyac yoxdur: “Müstəqillik dövründən bu yana həyata keçirilən islahatlarda, görülən işlərdə media amili əsas götürülüb. Yəni Azərbaycan dövləti öz işini məhz medianın dəstəyindən yararlanmaqla həyata keçirib. İkinci bir tərəfdən isə dövlətin ev verdiyi jurnalistlər Azərbaycan mediasının palitrasını təşkil edir. Bölgüdə müxalifətyönümlü və iqtidaryönümlü mediaya heç bir fərq qoyulmayıb. İndi də həmin jurnalistlər tam sərbəst və azad şəkildə fəaliyyət göstərirlər. Onlar heç bir halda düşünməyib və düşünə də bilməzlər ki, dövlət ev verirsə, nələrisə yazmamalı və deməməlidirlər. Əksinə jurnalistlər indi daha çox tənqid yazır və hesab edirlər ki, tənqid və nöqsanların diqqətə çatdırılması cəmiyyətin inkişafı, dövlətin tərəqqisi üçün son dərəcə vacibdir. Bu mənada “Vaşinqton post” Azərbaycan reallıqlarına tam əhəmiyyətsiz yanaşır”.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>