XİN: Nalbandyanın Qarabağ münaqişəsi ilə bağlı danışmağa mənəvi haqqı yoxdur | SON XƏBƏR | SON XƏBƏR

XİN: Nalbandyanın Qarabağ münaqişəsi ilə bağlı danışmağa mənəvi haqqı yoxdur

hikmet-haciyev_300x169Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan təcavüz və işğal siyasəti çərçivəsində bir milyondan artıq azərbaycanlıya qarşı qanlı etnik təmizləmə, Xocalı faciəsi kimi insanlıq əleyhinə cinayət əməlləri törədildiyi halda, Ermənistan xarici işlər nazirinin münaqişənin həlli ilə əlaqədar bu tərzdə danışmağa və hansısa iddialar irəli sürməyə mənəvi haqqı belə yoxdur.

Bunu XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

XİN rəsmisi bildirib ki, Ermənistan xarici işlər nazirinə xatırlatmaq istərdik ki, Xocalı faciəsi bu gün Ermənistanın siyasi-hərbi rəhbərliyində olan şəxslərin bilavasitə iştirakı ilə törədilib:

"Təəssüflə qeyd etməliyik ki, E.Nalbandyan xarici işlər naziri olduğu dövr ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə zərər vurmaqdan başqa bir işlə məşğul olmayıb. Danışıqlar prosesinə cəlb olunmasının ilk günlərindən bu şəxs özünü nabələd və kənar şəxs kimi hiss edib. Bu şəxs yalnız tavtoloji, əsassız və cəfəng iddiaları ilə özünü fərqləndirib". (trend)


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>