Zakir Qaralov: Ləyaqətin zirvəsinə ucalmış şəxsiyyət | SON XƏBƏR | SON XƏBƏR

Zakir Qaralov: Ləyaqətin zirvəsinə ucalmış şəxsiyyət

Zakir_QaralovBaş Prokuror: İkinci kitabdan fəsillər.

IV Fəsil

Baş Prokuror cənab Zakir Qaralovun bölgələrdə keçirdiyi qəbullarda vətəndaşların suallarına aydın cavablar verilərək müraciətləri diqqətlə, həssaslıqla araşdırılaraq problemləri yerindəcə həll edilir, nəticə isə gözlənilənləri ortaya çıxarır, Baş Prokurorun qəbuluna ümidlə, ürəklə gələn vətəndaşlar problemləri, müşkülləri qanuni həllini tapanda sevinərək ürəkləri rahatlıq tapar, qüdrətli dövlətimizlə qürurlanardılar.

Baş Prokurorluğun qəbul otağı da qələbəlik olur, dərtlərini-sərlərini, kağız parçasına sığışdıra bilməyən insanlar əməkdaşlar tərəfindən qəbul edilib həssaslıqla dinlənilərək, aidiyyatı üzrə şikayətləri şəffaflıqla araşdırılaraq, müvafiq qəbul edilən qərarlarda əksər vaxtlarda vətəndaşların ürəyincə olaraq, onlar tərəfindən razılıqla qarşılanır.

Elə zamanlarda olur ki, xidməti avtomobili ilə Baş Prokurorluğa, işinə gələn cənab Zakir Qaralov ümidli insanlara yaxınlaşaraq, onlarla mehribanlıqla görüşərək, hal-əhval tutaraq, dərtləri-sərləri ilə maraqlanaraq, yaxındakı əməkdaşlara qəti tapşırıqlarını verir, bir çox problemlər, müşküllər də yerindəcə həllini tapır.

Ümidləri göyərib, problemləri qanuni həllini tapmış vətəndaşda sevinərək, ürəkdən gələn dualarını, alqışlarını Dövlət Başçısına, uca Dövlətimizə, Baş Prokurora ünvanlayaraq şadlıqla ailəsinin, balasının yanına qayıdır. Bəhs etdiklərimiz, yazdıqlarımız həyatdan götürülmüş real hadisələr olduğundan demək olar ki, gündəlik qarşılaşdığımız həqiqqətlərdir.

Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin Zakir Qaralova olan yüksək etimadına, etibarına, güvəninə o həmişə məsuliyyətli, ədalətli, peşəkarlığı, korrupsiyaya, neqativ hallara, dövlətimizin milli maraqlarına qarşı çıxanlara daim sərgilədiyi barışmaz mövqeyi, surətlə inkişaf edən, abadlaşan ölkəmizin rifahına gərgin əməyi ilə verdiyi töhvələrə cavab verir. Bəli, bu gün qürur hissləri ilə yazmaq, demək olar ki, Ümummilli Lider, Ulu Öndər mərhum Heydər Əliyevin həmişə yaşar, ölməz ideyalarından güc alaraq, onun layiqli varisi, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin öndərliyi ilə, Baş Prokuror cənab Zakir Qaralovun yorulmaz, gərgin əməyinin nəticəsi olaraq qüdrətli, müstəqil, demokratik ölkəmizin Prokurorluq Orqanları dünyanın ən mütərəqqi, çevik, peşəkar, ədalətli, mobil Prokurorluq Orqanları ilə eyni sıralarda dayanaraq keyfiyyətlə bir çox hallarda onları üstələyib, qabaqlayırda. Belə xoş xəbərləri KİV-də oxuyanda, televiziya kanallarından görüb seyr edərək, radio dalğalarından eşitmək isə, ürəyimizi, qəlbimizi qürurlandırır.

Teylor Fətişoğlu

Ardı var.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>