Avroviziya – 2018: İştirakçı ölkələr məlum oldu | SON XƏBƏR | SON XƏBƏR

Avroviziya – 2018: İştirakçı ölkələr məlum oldu

avroviziya_282x187Portuqaliyanın paytaxtı Lissabon şəhərində keçiriləcək Avroviziya - 2018 mahnı müsabiqəsində 43 ölkənin təmsilçisi iştirak edəcək.

Beynəlxalq müsabiqədə iştirakını təsdiq etmiş ölkələr bunlardır:

Avstraliya, Avstriya, Azərbaycan, Albaniya, Ermənistan, Belarus, Belçika, Bolqarıstan, Macarıstan, Gürcüstan, Yunanıstan, Danimarka, İsrail, İrlandiya, İslandiya, Kipr, Latviya, Litva, Malta, Norveç, Niderland, Polşa, Rusiya, Rumıniya, San-Marino, Sloveniya, Serbiya, Ukrayna, Finlandiya, Xorvatiya, Monteneqro, Çexiya, İsveçrə, İsveç, Estoniya.

Həmçinin böyük beşlik ölkələri - İspaniya, Böyük Britaniya, İtaliya, Almaniya və Fransa 2017-ci ildə “Avroviziya”nın qalibi olmuş Portuqaliya ilə birgə birbaşa final mərhələsində iştirak edəcək.

Bu il Ukraynada keçirilən mahnı müsabiqəsinin qalibi Portuqaliya təmsilçisi Salvador Sobral olub.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>