Bu hadisəni Bakıdan elan edirik - Ərdoğan | SON XƏBƏR | SON XƏBƏR

Bu hadisəni Bakıdan elan edirik – Ərdoğan

erdogan-btqBakı-Tiflis-Qars (BTQ) dəmiryolu xətti ölkələr arasında iqtisadi və digər sahələrdə əlaqələrin möhkəmlənməsinə və genişlənməsinə müsbət təsir göstərəcək.

Bunu BTQ-nin Bakıda keçirilən rəsmi açılış mərasimində çıxış edən Özbəkistanın baş naziri Abdulla Aripov deyib.

Türkiyənin baş naziri Binəli Yıldırım isə göndərdiyi məktubda bildirib ki, BTQ təkcə iqtisadi deyil, həm də mədəni əlaqələrin möhkəmlənməsi üçün stimul olacaq.

Daha sonra isə mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

R.T.Ərdoğan deyib ki, BTQ-nin açılış mərasimində iştirak etməkdən məmnundur: “BTQ-nin işə düşməsi ilə Orta dəhliz layihəsinin əsas hissəsi tamamlanır. Beləliklə, Londondan Çinə kəsintisiz dəmiryolu bağlantısının qurulduğunu elan edirik”.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>