Bu tarixi anlara şahidlik etmək çox gözəldir - Millət vəkili | SON XƏBƏR | SON XƏBƏR

Bu tarixi anlara şahidlik etmək çox gözəldir – Millət vəkili

qenire2_300x178Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu tarixi İpək Yolunun bir parçası kimi Avropanı Asiya ilə birləşdirəcək önəmli bir nəqliyyat layihəsidir. Bu layihə bir neçə il deyil, hələ uzun müddət Azərbaycanın maraqlarına xidmət edəcək.

Bu sözləri millət vəkili Qənirə Paşayeva bu gün açılış mərasimi keçiriləcək Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu layihəsi barədə danışarkən deyib. O bildirib ki, Prezident İlham Əliyev layihənin həyata keçməsi üçün ciddi addımlar atdı:

“Bu gün tarixi gündür. Bakı-Tiflis-Qars dəmir yolu xətti açılır. Bu layihənin ilk gündəmə gəldiyi günləri və həyata keçməməsi üçün kənardan ortaya atılan əngəlləri xatırlayıram. Amma Azərbaycan, cənab prezidentimiz bu tarixi layihənin reallaşması üçün çox ciddi addımlar atdı. Çünki onun reallaşması Azərbaycanımız üçün sadəcə iqtisadi deyil, həm də siyasi, strateji anlamda çox önəmli idi.

Bu tarixi layihənin reallaşmasına şahidlik etmək çox gözəl bir hadisədir. Azərbaycan, Türkiyə prezidentlərinin və Gürcüstanın baş nazirinin iştirakı ilə açılacaq Bakı-Tiflis-Qars dəmir yolu xətti düyada günün ən önəmli mövzularından biridir. Uğurların hər zaman bol olsun, gözəl Azərbaycan, əziz Vətən!”

Qeyd edək ki, tikintisinə 2007-ci ildə başlanılmış Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu xətti bu gün istifadəyə verilir. Bakıda keçiriləcək açılış mərasimində Prezident İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan, Özbəkistan və Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili və digər rəsmi şəxslər iştirak edəcəklər.

Bu marşrutla ilkin olaraq 5-7 milyon ton yük daşınacağı, sonradan isə bu rəqəmin 50 mln. tona çatdırılacağı proqnozlaşdırılır. BTQ sayəsində Azərbaycanın tranzitdən ildə 50 milyon dollar gəlir əldə edəcəyi bildirilir. Sərnişin daşımalarına gəlincə isə ilk illərdə dəmiryolu xəttindən ildə 1 milyon insanın yararlanacağı güman edilir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>