İrandan Ermənistana sərt bəyanat: “Göz yumuruq!” | SON XƏBƏR | SON XƏBƏR

İrandan Ermənistana sərt bəyanat: “Göz yumuruq!”

arazn_irklnmsi_xrng_xstliyin_sbb_oldu_millt_vkili_300x180Arazın çirklənməsi xərçəng xəstəliyinə səbəb olur.

Bu sözləri Parsabad və Biləsuvarın İran parlamentindəki millət vəkili Şəkur Purhüseyni deyib:

“Çox təəssüflər olsun ki, əyalətin şimal bölgəsində həzm sistemi xərçəngi getdikcə artır. Araz çayında olan böyük həcmdə ağır metallar Ermənistan sənaye müəssisələrindən birbaşa bu çaya axıdılan çirkab suları ilə bağlıdır və bölgədə xərçəng xəstəliyi hallarının artmasının bu səbəbdən qaynaqlandığı ehtimal olunur.

Uzun illərdir Ermənistan ərazilərindən təmizlənmədən birbaşa Araz çayına axan məişət tullantıları və sənaye müəssisələrinin çirkab suları sərhədyanı şəhər və kəndlərdə ətraf mühitə ciddi ziyan vuraraq bölgədə bir çox xəstəliklərə gətirib çıxarır. Bu barədə yerli əhali və bir sıra rəsmi şəxslər dəfələrlə xəbərdarlıq etsələr də, İran rejimi Ermənistanla olan siyasi, hərbi və iqtisadi əməkdaşlığı nəzərə alaraq bu məsələyə göz yumub”.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>