Kəndimizin son günü (92-ci yazı) | SON XƏBƏR | SON XƏBƏR

Kəndimizin son günü (92-ci yazı)

1462430011_teylor-f-300x225-300x151Yaddaşımızda, gözlərimizin didəsində dəfn olunmuş Novruzlunun əziz xatirəsinə.

Eyni adlı kitabımızdan fəsillər.

92-ci Fəsil

Orda qaldıq ki, kitabımızın ötən fəslində ermənilərin xalqımıza qarşı törədəcəkləri qanlı cinayətlərə, qenosidə, soyqırıma əl altından hazırlaşaraq məlum günləri gözləyirdilər. Dünyanın bələdçilik edəcəyi o qanlı tufana az qalsada hələlik qan yağmırdı. Divanın dirsəyinə söykənmiş türk tələbənin qarşısındakı külqabı siqaret kötüklərini bağrına basaraq sanki əzizləyirdi. Fırlana-fırlana gəlib onun qarşısında quş qanadları kimi zərif əllərini incə belində örüşdürən Nona şıltaqcasına şirin-şirin niyə kehfinin olmadığını soruşaraq, iri qara gözlərini xüsusi əda ilə süzdürüb: mən bu dəqiqə sənin dilinidə, kehfinidə açaram deyərək qonşu otaqdakı qrafindən atasının öz bağındakı muşket üzmündən çəkdiyi, türk tələbəyə pay göndərdiyi qıpqırmızı meyxoş şərabdan xrustal bakalı ağzabuğuz dolduraraq gətirər, zərif hərəkətlə türk tələbəyə qısılaraq axıradək ona içirtməmiş əl çəkməzdi. Ötən fəsillərdə Nonanın anasının rus dili müəlliməsi olduğunu, təhsilinidə Leninqradda aldığından, atası ilə Bu rus şəhərində tanış olaraq evləndiklərindən deyəsən bəhs etmişdim. Bu ailədə desəm ermənilikdən əlamət yalnız rəsmi kimliklərdə bilinərdi, inanıb, inanmamağın heçnəyi həll etmədiyi ötən əsr zaman, məkan şəraitində bu həqiqqət idi. Nonanın özündən kiçik qardaşıda orta məktəbdə rus dilində təhsil alırdı.

Bu ailəni ilk görəndə sanki Rusiyanın hansısa ucqar bir xırdaca kəndində rus ailəsinin içinə düşdüyümü zənn etmiş, təəccübümü Nonaya bildirəndə, oda səbəblərini yuxarıda dediyim kimi Rusiya amili ilə izah etmişdi. Stepanakertin aşağı hissələrindən, kondesator zavodundan sonra şəhər qurtarandan dağların, meşələrin arası ilə dolaylanan yollarla bir xeyli gedərək Nona gilin kəndlərinə çatardın, elədə böyük olmayan, təxminən əlli-atmış evlik bu erməni kəndində yerli camaat Yerevan televiziyasının verlişlərinə baxsalarda pinikar, əlindən hər iş gələn Nonanın atası uzun antena quraşdırdığından Moskvadan olan rusdilli verlişlərə üstünlük verərdilər. Nonanın atası Rusiyada ali məktəb bitirsə də, kənddə ixtisasına uyğun iş olmadığından kolxozda sürücü işləyərdi. Yerli ermənilərdən seçildiyinə görə onunla elədə ünsiyyət qurmaz, adının qabağına rus sözü əlavə edərək yaxına buraxmazdılar. Bir neçə dəfə Stepanakertdə uyğun iş yeri tapsada rus qafalı olduğuna görə türkün qanına susamağı özlərinin həyat məqsədi sayan erməni millətçiləri ona inanmamış bəhanələrlə ağzını boza vermişdilər. Talehi ilə barışan, Nonanın atasıda ailəsini dolandırmaq üçün sürücülük edər, boş vaxtlarında isə şəxsi təsərrüfatında yorulmaq bilmədən işlər, gecələrdə rus yazıçılarının əsərlərini oxuyardı. Onun əlində dəfələrlə Çexovun, Dostoyeskinin, Türqenevin əsərlərini görən türk tələbə Nonaya atan niyə erməni yazıçılarınıda oxumur: sualını verəndə qız iyrənirmiş kimi bizimkilərin yazdıqlarında bir məna tapmaq olmur, eləbil dünya bunlarındır, Atam onları oxuya bilmir - deyərək söhbəti bitirərdi. Nonanın anasının rus dili müəlliməsi olduğunu demişdim ötənlərdə, ona görədə bu ailənin kənddə elədə çox sevilmədiyinin, etibarlı sayılmadıqlarını səbəbləri evlərində qanlı erməni xislətinə uyğun gəlməyən küləklərin əsməsi idi.

Türk tələbənin sıx, qalın saçlarını qarışdıran Nonanın zərif əllərinin titrəyişi, bakaldakı şərabın son damlalarını qurtumlayan oğlanın diqqətindən yayınmaz, naməlum sabahların hansı havayla açılacağını, onları nə gözlədiyini, bir-birlərini tamamladıqları, kövrək, körpə eşqlərini, sevgilərini haraya qədər daşıya biləcəklərini fikirləşməyə belə qorxaraq ona qısılmış isti, körpə valığı bağrına basaraq yalnız ikisinə məxsus sirli-sehirli dünyadan gələn sədaları dinlərdilər. Zamanda eləbil dayanar, bir-birlərinin içinə jopmuş bu bəxtəvər eşq sevdalılarına şahidlik edərək tarixləşdirərdi. Türk tələbə birdən körpə pişik balası kimi xoşallanıb uyumuş qızın ahəstə mışıltısını eşidəndə, onun bu məstlik yuxusuna mane olmasın deyə bir xeyli beləcə dayanardı. Gözlərinin xumarı kənd havsı ilə allanmış gəşəng, dəsdəyirmi, qara kipriklərinin yad nəzərlərdən qoruduğu xırdaca xallı, çiyələk rəngli dodaqlarını, yumru balaca çənəsinin, güləndə azacıq batıq yanaqlarını, muncuq kimi dişlərinin xüsusi yaraşıq verdiyi sifətinə qızın bir xeyli baxandan sonra özünü saxlaya bilməyib ustufca öpəndə Nonanı ayıldardı.

Hələ gözəl gözlərindən şirin eşq yuxusu axan qız: məni yuxuya verib öpürsən, eləmi, amma mən oyaq ikən öpəcəm səni, sözlərini ikisinə məxsus sevgi dilindən bal kimi axıdaraq türk tələbənin boynuna sarılaraq, öpüb-oxşardı. Kitabımızın gələn fəslindədə bu xatirələrdən danışacağıq.

Teylor Fətişoğlu

Ardı var.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>