Zakir Qaralov: Ləyaqətin zirvəsinə ucalmış şəxsiyyət | SON XƏBƏR | SON XƏBƏR

Zakir Qaralov: Ləyaqətin zirvəsinə ucalmış şəxsiyyət

Zakir_Qaralov-300x228Baş Prokuror: İkinci kitabdan fəsillər

VIII Fəsil

Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin daim böyük diqqət, qayğısını öz üzərində hiss edərək ruhlanan Prokurorluq Orqanları əməkdaşları çətin və məsuliyyətli peşələrində yeniliklərdən, uğurlardan istifadə edərək, sevindirici nəticələr əldə edirlər. Baş Prokuror cənab Zakir Qaralov onlara, Prokurorluq Orqanları əməkdaşlarına tutduqları vəzifə mövqelərindən asılı olmayaraq böyük qayğı, diqqətlə yanaşır, öz gərəkli tapşırıq, tövsiyyə, göstərişləri ilə daha yaxşı, işləməyə ruhlandırır.

Zakir Qaralov Baş Prokuror vəzifəsinə təyinatına qədər demək olar ki, qapalı təşkilat olan Prokurorluq Orqanları keçən uğurlu illərdə xalqın böyük inamını, etibarını, etimadını, güvənini qazanaraq şəffaf, ədalətli iş üsulları ilə cinayətkarlığa qarşı qəti mübarizədə ölkə vətəndaşlarının böyük dəstəyini qazanmaqla, keyfiyyətli iş əmsalını mütəmadi olaraq yüksəldirlər.

Mətbuata açıq, yüksək rütbəli dövlət məmuru kimi jurnalistlər tərəfindən rəğbətlə qarşılanan Baş Prokuror cənab Zakir Qaralov daim media qurumlarının suallarını aydın, məntiqli cavablandıraraq, eyni zamanda mətbuatda qaldırılan problemlərin ciddi, ədalətli, araşdırılmasını sonda qanun çərçivəsində həllini tapmasında gərəkən tapşırıq və göstərişlərini verərək ciddi nəzarətdə saxlayır.

Bütün bu yüksək keyfiyyətlərinə, peşəkar və ədalətliliyinə, qanunların aliliyinin göz bəbəyi kimi qorunmasına, neqativ və korrupsiya hallarına qarşı daim sərgilədiyi sərt və barışmaz mövqesi Baş Prokuror cənab Zakir Qaralovun peşəkarlığı, ölkə vətəndaşları tərəfindən daim rəğbətlə qarşılanaraq, dəstəklənərək alqışlanır.

Dövlət Başçımıza, Dövlətimizə, ölkəmizə, xalqımıza həmişə sarsılmaz sədaqət hissləri ilə şərəflə xidmət etməkdən qürur duyan Baş Prokuror cənab Zakir Qaralov, Prezident, Ali Baş Komandan, Dövlət Başçısı cənab İlham Əliyevin Öndərliyi ilə tapşırıq, göstəriş və tövsiyyələrini rəhbər tutaraq, gərgin, şərəfli əməyi ilə, uğurlu rəhbərliyi ilə Prokurorluq Orqanlarına yeni-yeni uğurların, nailiyyətlərin qazanılmasını, məqsədyönlü tədbirlətin, elmin-texnikanın son nailiyyətlərinin işə, praktikaya tətbiq edilməsi şanlı ənənələri olan Azərbaycan Prokurorluq Orqanlarına birmənalı olaraq qızıl dövrünü yaşadır desək yanılmarıq. Dediklərimizə, yazdıqlarımıza Baş Prokuror cənab Zakir Qaralovun və onun uğurlu, çevik mobil komandası ilə günü-gündən abadlaşan müasir dünyaya surətlə inteqrasiya olunan insan hüquq və azadlıqlarının, demokratik dəyərlərin göz bəbəyi kimi qorunduğu müstəqil, qüdrətli, demokratik, multikultural, tolerant Azərbaycanımızın nurlu sabahlarına inamla, İlhamla irəliləyərək və öz şərəfli əmək töhvələrini vermələri ən bariz nümunədir.

Teylor Fətişoğlu

Ardı var.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>